Bayden narazılıq edən diplomatları prezident seçkilərində öz namizədlərini irəli sürməyə çağırıb

9-07-2024, 15:04           
Bayden narazılıq edən diplomatları prezident seçkilərində öz namizədlərini irəli sürməyə çağırıb
ABŞ Prezidenti Cozef Bayden Demokratlar Partiyasının onun ilk debatdakı çıxışından narazı qalan üzvlərini prezidentliyə öz namizədlərini irəli sürməyə çağırıb.

O, bu barədə MSNBC telekanalına müsahibəsində bildirib.

Bayden qeyd edib ki, uğursuz debatdan sonra respublikaçı Donald Trampı məğlub etmək şansının aşağı olması ilə bağlı müzakirələrin artmasından və onu seçki kampaniyasını dayandırmağa məcbur etmək cəhdlərindən çox məyusdur.

ABŞ Prezidenti ona qarşı narazılıq edənləri Demokratlar Partiyasının avqust qurultayına dəvət edib: "Prezidentliyə namizədliyinizi verin, qurultayda mənə meydan oxuyun".

Hazırkı dövlət başçısı namizədliyini geri götürmək fikrində olmadığını təkrarlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru