"Netflix" istehsalı olan "Pələnglər kralı" ("Tiger King") filmində təlimçi kimi tanınan Rayan İsli ABŞ-nin Oklahoma ştatının cənub-şərqində yerləşən qoruqda himayəsində saxladığı pələng tərəfindən öldürülüb.
Oxu.Az "Associated Press"ə istinadla xəbər verir ki, hadisə barədə məlumatı "Growler Pines" qoruğu yayıb.
Məlumata görə, hadisədən sonra qoruğa bütün ziyarətçi turları dayandırılıb.