Bakı şəhəri nümayəndələri Minsk şəhərinin 958 illiyinə həsr olunan tədbirlərdə iştirak ediblər

Bu gün, 12:31           
Bakı şəhəri nümayəndələri Minsk şəhərinin 958 illiyinə həsr olunan tədbirlərdə iştirak ediblər
Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndə heyəti Belarusun paytaxtı Minsk şəhərinin 958 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib. Səfər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Ayaz Hüseynov Minsk Şəhər İcraiyyə Komitəsi sədrinin müavini Oleg Korzun ilə görüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran əməkdaşlıq istiqamətləri, o cümlədən şəhər təsərrüfatı, ekoloji təhlükəsizlik və tullantıların idarə olunması məsələləri müzakirə olunub.
Oleg Korzun Bakı şəhərinin inkişafını, abadlıq və təmizlik səviyyəsini yüksək qiymətləndirib. O, xüsusilə Bakıda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi sahəsində həyata keçirilən layihələrin uğurundan xəbərdar olduğunu qeyd edib və bu təcrübəni öyrənməkdə maraqlı olduqlarını bildirib.
Ayaz Hüseynov isə vurğulayıb ki, ölkə başçısı cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Bakı inkişaf edir, şəhərdə geniş miqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir. Bu gün Azərbaycan və Belarus arasında münasibətlərin möhkəmlənməsi hər iki ölkə rəhbərinin siyasi iradəsinin nəticəsidir. O, həmçinin qeyd edib ki, Prezident Ilham Əliyevin tapşırığına əsasən Bakı şəhərində həyata keçirilən bərk məişət tullantılarının çeşidlənmə layihəsi uğurla icra olunur və Bakının bu sahədə təcrübəsini bölüşməyə hazırdırlar.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru