ABŞ və Qazaxıstan dörd milyard dollarlıq razılaşma əldə ediblər
Bu gün, 15:44
"ABŞ və Qazaxıstan lokomotivlərin tədarükü üzrə dörd milyard dollar dəyərində tarixdə ən böyük sazişi razılaşdırıblar.
Bu barədə ABŞ-nin ticarət naziri Hovard Lutnik "X" sosial şəbəkə hesabında yazıb.
"Bu saziş sadəcə bir uğur hekayəsindən daha çox şey ifadə edir. Söhbət dünyanı arxasınca aparan ABŞ innovasiyalarından, Texas və Pensilvaniyada minlərlə iş yerinin dəstəklənməsindən və ABŞ ilə Qazaxıstan arasındakı tərəfdaşlığın gücləndirilməsindən gedir" , - deyə o vurğulayıb.
Nazirin sözlərinə görə, lokomotivlər Avropa və Asiyadan keçən nəqliyyat dəhlizinin inkişafı üçün istifadə olunacaq və layihə Amerika texnologiyasına əsaslanır.