Tramp: Rusiya ilə gərginlik artarsa, bunlar olacaq

Bu gün, 11:34           
Tramp: Rusiya ilə gərginlik artarsa, bunlar olacaq
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiya ilə münasibətlər gərginləşəcəyi halda, Vaşinqton Polşa və Baltikyanı ölkələrə müdafiə dəstəyi göstərəcək.

O, Ağ Evdə jurnalistlərlə görüşündə bu məsələyə "Bəli, bunu edəcəyəm" cavabını verib.

Qeyd edək ki, 2025-ci il sentyabrın 10-na keçən gecə Rusiya Ukraynanın qərbinə hava hücumu təşkil edib, nəticədə onlarla pilotsuz uçuş aparatı Polşanın hava məkanını pozub. Drone-lar zərərsizləşdirilsə də, sərhədyanı bölgələrdə qalıqları tapılıb.

Polşanın Baş naziri Donald Tusk həmin gecə 19 hava məkanının pozulması halı qeydə alındığını açıqlayıb. Hadisədən sonra NATO Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsini işə salaraq üzvlər arasında məsləhətləşmələrə başlayıb.

Bundan əlavə, sentyabrın 19-da Rusiyaya məxsus üç hərbi təyyarə Estoniya hava sərhədini pozaraq 12 dəqiqə ölkə ərazisində qalıb. Onların Baltik dənizindəki Polşa neft platforması "Petrobaltic" üzərindən keçdiyi bildirilir. \\Milli.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru