İran İsraillə 12 günlük müharibədə həlak olanların sayını açıqladı

Bu gün, 11:44           
İran İsraillə 12 günlük müharibədə həlak olanların sayını açıqladı
Bu ilin iyun ayında İsraillə 12 gün davam edən müharibədə İranda ümumilikdə 1604 nəfər həlak olub.

İRNA agentliyi xəbər verir ki, bunu İran Prezidentinin köməkçisi Səid Ouhədi mətbuat konfransında deyib.

O əlavə edib ki , bu “asimmetrik qarşıdurma”da 5800-dən çox insan yaralanıb, onların təxminən 92 faizi müalicə olunaraq xəstəxanalardan evə buraxılıb.

Qeyd edilməlidir ki, İsrail 12 günlük müharibə ərzində İranın nüvə obyektlərini hədəfə alıb. ABŞ da münaqişəyə qoşularaq İrandakı əsas nüvə obyektlərini bunkerdələn bombalarla vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru