İsrail Qəzza zolağında HƏMAS-ın dəniz polisinin rəis müavinini öldürdü

Bu gün, 12:14           
İsrail Qəzza zolağında HƏMAS-ın dəniz polisinin rəis müavinini öldürdü
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında HƏMAS Hərbi Dəniz Polisi komandirinin müavininin öldürüldüyünü açıqlayıb.
Bu barədə IDF məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağındakı mərkəzi düşərgələrə dəqiq zərbə endirməsi nəticəsində HƏMAS Hərbi Dəniz Polisi komandirinin müavini İyad Əbu Yusifi öldürüb”, - bəyanatda deyilir.
Qeyd edilib ki, Yusif İsrailin işğalında və 2023-cü il oktyabrın 7-də HƏMAS tərəfindən törədilən vəhşi qırğında iştirak edib.
Bundan başqa, IDF əlavə edib ki, Qəzza zolağında döyüşlər zamanı o, İsrail əsgərlərinə qarşı pusqular planlaşdırıb və terror təşkilatının aktivlərinin mühafizəsində iştirak edib.
İsrail ordusunun mətbuat xidməti Yusifin öldürülməsini “İsrail qüvvələri haqqında kəşfiyyat məlumatları toplayan və terror təşkilatının hərbi qanadı üçün dəniz məkanına nəzarət edən HƏMAS Hərbi Dəniz Polisinin imkanlarına əhəmiyyətli zərbə” adlandırıb. \\Yeniavaz.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru