Bilmək olmur... məmurdur, ya biznesmen? - İTTİHAM VAR...

Bu gün, 10:45           
Bilmək olmur... məmurdur, ya biznesmen? - İTTİHAM VAR...
Ötən yazımızda Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının sədri Habil Alıyevin (Alısoy) əlaqədar qurumla bağlı özlərinə rüşvət çetesi yaratmaq üçün etdikləri əməllərə toxunmuşduq. Yazmışdıq ki, Habil Alıyev atdığı addımları yerliçilik və bölgəçilik sütunları üzərində qurur. Bu, o demək deyil ki, gədəbəylilərin qeydinə qalır. Şəxsi mənafeyinə uyğun olduğu təqdirdə maddiyyat naminə dövlətin qurumlarını öz şəxsi ambisiyaları doğrultusunda idarə edir.
Sən demə O, yağ-pendir istehsalı ilə məşğul olan bir şirkətin sahibi, özüylə “Yelobank”da bərabər işləmiş Vüsal Əhmədovun (Habil onu özüylə bərabər Gədəbəyə şöbə müdiri olaraq aparsa da o, qeyri rəsmi olaraq regional filialın digər rayonu olan Şəmkir Məşğulluq Mərkəzində müdirlik edib) ticarət əlaqələrindən də gəlir əldə edirmiş.
Onun kadrı indiyə qədər işlədiyi regionların bütün ərazilərinin bir çox nüfuzlu marketlərdə öz şirkətinin yağ-pendir məhsullarının (“Holland pendiri”, “Brınza” adı ilə) dağıtımı ilə məşğulmuş və Habilə bu biznesindən faiz verirmiş.
Habil Alıyev eyni zamanda bu yaxın vaxtlarda dövlət işini unudub, iş saatlarında belə Sabirabaddakı obyektinin problemlərı ilə məşğul olurmuş. Vətəndaşlar onun ticarət marağının qurbanına çevrilib. Adam eyni zamanda Türkiyə ali məktəblərinə yalnız attestat ilə imtahansız qəbul qarşılığında da pul qazanmaqla məşğuldur. Millətin gələcəyi ilə oynayır. Görünür, özü də yəqin vaxtilə oxuduğu Türkiyə Qazi Universitəsinə imtahandan yan ötməklə qəbul olunubmuş.
Hələ ki, Habil Alıyevin işləri necə deyərlər, yağ kimi gedir. Görəsən, bu ölkədə elə bir ədalət keşikçisi tapılacaqmı ki, məşhur “Böyük Dayaq” bədii filmində deyildiyi kimi, o yağı qurğuşun eləyib töksün onun boğazına?
GundemXeber.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru