Sammit nəticəsində NATO-nun Ukraynaya yardımları artacaq
10-07-2024, 09:35
Vaşinqton sammitində NATO-ya dəvət almaq şansı praktiki olaraq sıfırdır və bu, Kiyevə də məlumdur.
Vaşinqtondakı sammitdən sonra təqdim olunacaq kommünikedə Ukraynanın alyansa gedən yolunun hansı formada seçiləcəyi ilə bağlı NATO daxilində müzakirələr hələ də davam edir. Bu barədə "Defence News" adı açıqlanmayan avropalı rəsmiyə istinadən yazır.
"Nümayəndə heyətləri hələ də bunu necə ifadə etmək barədə müzakirələr aparırlar – "körpü", "dönməz" yol və ya bu ikisinin hansısa kombinasiyası", - nəşr bildirib.
Nəşr vurğulayır ki, sammit nəticəsində NATO-nun Ukraynaya yardımda rolu artacaq. Qəzetin istinad etdiyi Avropa rəsmisi bildirib ki, NATO ölkələri xətti keçir.
"Biz Ukraynaya yardım baxımından NATO-ya daha böyük rol veririk", o əlavə edib.
CNN daha əvvəl bildirmişdi ki, NATO sammiti üçün bəyannamə layihəsində Ukraynanın NATO-ya qəbulu "dönməz" kimi təsvir olunacaq. NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Vaşinqtonda təsdiqlənməsi planlaşdırılan Ukraynaya yeni yardım paketi, eləcə də Ukrayna ordusunun alyansın standartlarına daha çox uyğunlaşmasına kömək edəcək, Kiyev üçün "NATO üzvlüyünə körpü olacaq".
Agence France-Presse bildirib ki, Vaşinqtonda keçiriləcək alyans sammitində NATO-ya dəvət almaq şansı praktiki olaraq sıfırdır və bu, Kiyevə də məlumdur.
Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Ukraynanın NATO-ya mümkün üzvlüyü Rusiyanın təhlükəsizliyinə təhdiddir. O vurğulayıb ki, Kiyevin alyansa qoşulmaq şansı xüsusi hərbi əməliyyatın başlamasının səbəblərindən biridir.