Mərakeş İsraildən 1 milyard dollara kəşfiyyat peyki sifariş edib

11-07-2024, 17:38           
Mərakeş İsraildən 1 milyard dollara kəşfiyyat peyki sifariş edib
Mərakeş İsraillə kəşfiyyat peyki almaq üçün 1 milyard dollarlıq müqavilə bağlayıb.

Trend-in məlumatına görə, bu barədə “360” informasiya portalı xəbər verib.

Məlumata əsasən, istehsalı İsrailin “Israeli Aerospace Industries” hərbi sənaye konserni tərəfindən həyata keçiriləcək yeni cihazın beş ildən sonra təhvil verilməsi planlaşdırılır.

İsrail peykinin 2017-2018-ci illərdə orbitə buraxılan “Mohammed VI-A” və “Mohammed VI-B” peyklərini əvəz edəcəyi gözlənilir. Qeyd edilib ki, onların xidmət müddəti yaxın bir neçə ildə başa çatacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru