Stoltenberq ATACMS raketləri ilə Rusiyanın vurula biləcəyini açıqladı

11-07-2024, 18:58           
Stoltenberq ATACMS raketləri ilə Rusiyanın vurula biləcəyini açıqladı
Beynəlxalq hüquqa görə, Ukraynanın özünümüdafiə hüququ var.

"Unikal" xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

O, Ukraynanın Rusiya ərazisinə zərbə endirmək hüququ ilə bağlı açıqlamasında deyib ki, onun bu məsələdə mövqeyi dəyişməz olaraq qalır: "Biz Ukraynaya silah və texnika, o cümlədən uzaq mənzilli raketlər, xüsusən də ATACMS verməklə özünümüdafiə hüququnu həyata keçirməyə kömək edirik".

Stoltenberq həmçinin Rusiya Federasiyasının Xarkov vilayətinə yenidən hücumundan sonra ABŞ-nin Rusiya ərazisində uzaqmənzilli raketlərin istifadəsinə qoyulan məhdudiyyətləri azaltmaq qərarını alqışlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru