ABŞ Konqresinin komitə sədri Qubad İbadoğlu və onun həyat yoldaşı ilə bağlı bəyanat verib
12-07-2024, 07:14
ABŞ Konqresinin Nümayəndələr Palatasının Qlobal İnsan Haqları Alt Komitəsinin sədri Kristofor Smit iqtisadi elmləri doktoru Qubad İbadoğlunun ötən il saxlnaılması zamanı həyat yoldaşı İradə Bayramovanın ağır fiziki travma alması ilə bağlı bəyanatla çıxış edib.
“Siyasi məhbusun xanımının - heç bir ictimai siyasi fəaliyyətlə məşğul olmayan qadının vəhşicəsinə döyülməsi Azərbaycan hökuməti üçün yeni aşağı səviyyədir”, sənəddə qeyd edilir.
Komitə sədri hesab edir ki, İbadoğlu və onun həyat yoldaşının səhhətinə görə Azərbaycan prezidenti məsuliyyət daşıyır.
“Bayden Administrasiyası doktor İbadoğluna, həyat yoldaşı İradəyə və onların övladlarına, o cümlədən onların Rutgers Universitetini yenicə bitirmiş oğluna növbəti təhdidlərdən kömək və müdafiə etmək üçün əlindən gələni etməlidir və Əliyevin siyasi məhbuslarının müdafiəsində daha cəsarətlə çıxış etməlidir”, konqresmen qeyd edib.