ABŞ mediası: "Tehrandakı həbsxanadan İsrailə qarşı kəşfiyyat əməliyyatları üçün istifadə edilirdi"

Bu gün, 10:46           
ABŞ mediası: "Tehrandakı həbsxanadan İsrailə qarşı kəşfiyyat əməliyyatları üçün istifadə edilirdi"
ABŞ-nin nüfuzlu nəşrləri Tehrandakı Evin həbsxanasının İranın İsrailə qarşı kəşfiyyat əməliyyatları üçün qərargah kimi istifadə edildiyini iddia edir.

"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.

Qeyd olunur ki, İsrailin əraziyə endirdiyi raket zərbəsindən sonra inzibati və tibbi binaların bir sıra hissələri və hətta təkadamlıq kameralar hədəfə alınıb.

Həbsxananın əsas girişləri də vurulub və binanın içərisində olan bir neçə yüksək rütbəli təhlükəsizlik məmurunun öldürüldüyü bildirilir.

İranın ədliyyə sisteminin sözçüsünün son açıqlamasına görə, hücum nəticəsində ölənlərin sayı 79-a çatıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.