NATO iyulun 25-dən avqustun 6-dək Gürcüstanda "Agile Spirit 2025" çoxmillətli təlimləri keçirəcək.
Bu barədə Gürcüstan Müdafiə Nazirliyi rəsmi "Facebook" səhifəsində məlumat yayıb.
Gürcüstan artıq 12-ci dəfədir ki, təlimlərə ev sahibliyi edəcək.
Bildirilir ki, manevrlər "iştirakçı ölkələrin müdafiə qüvvələrinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, qarşılıqlı fəaliyyəti və əməliyyat imkanlarının gücləndirilməsi" məqsədi daşıyır.