"Cəbhədə ölmək sərfəlidirsə, o zaman nazirləri, prezident administrasiyasının işçilərini..."

3-12-2016, 00:49           

İrəvanda təmas xəttində ölən və yaralanan əsgərlərə ödəniləcək kompensasiyanı işləyən vətəndaşlardan ayda 2 dollar yığmaqla 30 və 15 min dollara çatdırmağı (müvafiq olaraq) nəzərdə tutan qanun layihəsinə qarşı növbəti etiraz aksiyası keçirilib. Gundelik-baku.com virtualaz.org-a istinadən xəbər verir ki, aksiya iştirakçıları parlamentin binası qarşısında üzərində "Kasıblar ölməkdən imtina edir" sözləri və "#1000 dram" heşteqi yazılmış nəhəng plakat qaldırıblar. Aksiyada neçə gündür sosial şəbəkələrdə və elektron poçtlarda yayılan anonim müraciət oxunub. Müraciətdə deyilir ki, hər il zorla Qarabağda səngərlərə doldurulmuş onlarla kasıb balası öldürülməmək qorxusu qarşısında başqalarını öldürür. Bu münaqişənin həllinə cavabdeh olanlar isə büdcədən maa alır diplomatik görüşlər təşkil edir və media-təbliğat aparırlar ki, heç bir həll yolu yoxdur. Deməli bundan sonra da hər il onlarla yetim-yesirin balası zorla səngərlərə qovulacaq, ölüm qorxusu qarşısında bir-birlərini öldürəcəklər. "Hakimiyyətdə oturanlar hamıdan yaxşı bilir ki, orduda xidmət edənlər kasıbların uşaqlarıdır. Görünür, kimsə sidq ürəkdən belə hesab edir ki, əgər kasıblara 5 milyon və 10 milyon dram versək, onlar üçün əlil olmaq və ölmək daha rahat olacaq? Doğrudanmı onlar bizi bu hala gətirib çıxarıblar ki, "ölmək və əlil olmaq" 5-10 milyon dram qarşılığında cəlbedici hesab olunur? Elədirsə, yeni təşəbbüslə çıxış edirik! Hər ay maaş alanlardan 5 min dram (10 dollardan çox) yığaq və deputatları, nazirləri, ordunun generallarını, polis generallarını, xüsusi xidmət generallarını, hakimləri, prokurorları, prezident administrasiyasının işçilərini, onların ailə üzvlərini cəbhəyə göndərək. Əgər onlar ölsələr və ya əlil olsalar, layiqli kompensasiya vəd edirik: 5-10 milyon dram əvəzinə 25-50 milyon dram! Onlar vətəni necə qorumağı hamıdan yaxşı bilir! Çünki bu haqda hamıdan çox danışırlar, üstəlik boş vaxtları da çoxdur, millət, vətən haqda düşünməyə vaxtları var. Onlar bizə dəqiq və birmənalı izah edirlər ki, sülh mümkün deyil, müharibə qaçılmazdır. Gəlin kabinetlərdə, villalarda, saunalarda, kurortlarda mübarizə aparan , ancaq məkrli və aqressiv düşmənə görə nəticə əldə edə bilməyən bu adamların həyatını və ölümünü layiqincə qiymətləndirək. Hər şey döyüş meydanında həll olunmalıdır və indi növbə onlarındır", - müraciətdə deyilir.
"Cəbhədə ölmək sərfəlidirsə, o zaman nazirləri, prezident administrasiyasının işçilərini..."












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.