Ağ Ev: “Obama İrana qarşı sanksiyaları uzadacaq”

3-12-2016, 09:35           
Ağ Ev: “Obama İrana qarşı sanksiyaları uzadacaq”
ABŞ prezidenti Barak Obama Konqresin hər iki palatasının İrana qarşı qəbul etdiyi sanksiyaların 10 il uzadılmasına dair qanunu imzalayacaq.

Bunu Ağ Evin nümayəndəsi Erik Şults bəyan edib.

“Prezidentin bu qanunu imzalayacağı gözlənilir. Biz hesab etmirik ki, bu, İranın nüvə proqramına dair hərtərəfli sazişin gerçəkləşməsinə maneə ola bilər”, deyə E.Şults vurğulayıb.


Bundan əvvəl İran xarici işlər nazirliyi sanksiyaların uzadılmasını nüvə proqramı üzrə sazişə zidd olduğunu bildirib.

Qeyd edək ki, 1996-cı ildə İranın nüvə proqramına qarşı qəbul edilən qanunun icrasının müddəti bu ilin dekabrında bitir.

(apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru