Milyarder barəsində çıxarılmış ölüm hökmü qüvvədə saxlanıldı – FOTO

3-12-2016, 14:35           

İran Ali Məhkəməsi milyarder Babək Zəncani barəsində çıxarılmış ölüm hökmünü qüvvədə saxlayıb. APA-nın Tehran bürosunun məlumatına görə, Ali Məhkəmənin Məhkəmələrə nəzarət şöbəsi B. Zəncaninin ölüm hökmünün təsdiqləndiyi elan edib.

Qeyd edək ki, bir neçə gün öncə İran mətbuatında barəsində ölüm hökmü çıxarılmış 41 yaşlı milyarder B. Zəncaninin edam hökmünün ləğv olunması barədə məlumatlar yayılıb. Sonradan bu xəbər məhkəmə sistemi rəsmiləri tərəfindən təkzib olunub.
Hökmə əsasən, B. Zəncani və onunla əlbir olan daha iki nəfər asılacaq.
Onlar xaricə neft satışından əldə etdiyi külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunurlar.

Həmçinin B. Zəncani İran Milli Neft Şirkətinin vəsaitlərini mənimsəməkdə ittiham olunur. Məhkəmənin qərarına əsasən B. Zəncani neft ixracından əldə etdiyi 2 milyard avronu qaytarmalıdır.
B. Zəncani bu məbləğin bir qismini İran daxilindəki mülklərini sataraq İran Milli Neft Şirkətinə qaytarıb. Məbləğin digər qismi isə ölkədən kənarda yerləşən mülklərin satışından əldə olunan vəsait hesabına ödəniləcək.
Qeyd edək ki, İran Ali Məhkəməsi B. Zəncani ilə birgə ittiham olunan digər iki məhkum barəsində çıxarılan ölüm hökmünü təsdiqləməyib. Onlar barəsində əlavə araşdırma aparılacaq.
Milyarder barəsində çıxarılmış ölüm hökmü qüvvədə saxlanıldı – FOTO












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.