İran parlamenti ABŞ mallarının idxalının qadağan olunması haqqında qanun qəbul edib

4-12-2016, 08:56           
İran parlamenti ABŞ mallarının idxalının qadağan olunması haqqında qanun qəbul edib
İran parlamenti ABŞ istehsalı geniş yayılmış mallarının idxalının qadağan olunması haqqında qanun qəbul edib

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İran televiziyası xəbər yayıb.

Məlumatda bu addımın ABŞ Konqresində İrana qarşı sanksiyaların müddətini daha 10 il müddətinə uzadılması qərarına simmetrik cavab olduğu bildirilir.

Deputatlar qanun layihəsini yekdilliklə qəbul ediblər.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Konqresin hər iki palatasının İrana qarşı qəbul etdiyi sanksiyaların 10 il uzadılmasına dair qanunu imzalamaq niyyətində olduğunu bildirib.

1996-cı ildə İranın nüvə proqramına qarşı qəbul edilən qanunun icrasının müddəti bu ilin dekabrında bitir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru