Kolumbiyada 100 mln. dollar dəyərində kokain müsadirə edilib

4-12-2016, 08:59           

Kolumbiyada 100 mln. dollar dəyərində kokain müsadirə edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kolumbiya ordusunun 5-ci diviziyasının komandanı general Xorxe Umberto Xeres bildirib.

Onun sözlərinə görə, çəkisi iki tondan çox olan narkotik vasitə ABŞ, Kanada və Meksikaya göndərilməli imiş.

Qanunsuz yük paytaxt Boqotanın yaxınlığında yerləşən anbarda aşkarlanıb.

Əməliyyat zamanı hadisə yerində 5 meksikalı saxlanılıb. Müsadirə olunmuş yük Meksikanın “Los Setas” narkomafiyasına məxsus olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru