Almaniyada MİT qorxusu:“Türk kəşfiyyatı…”

4-12-2016, 12:19           

Almaniya hökuməti Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) ilə bağlı daha sərt tədbirlər görməlidir.

Bunu jurnalistlərə açıqlamasında Almaniya Sol Partiyasının rəsmi nümayəndəsi Martina Renner söyləyib. MİT-in Almaniyada geniş agentura şəbəkəsi qurduğunu söyləyən Renner bunun Almaniya üçün təhdid olduğunu bildirib:

“MİT-in Almaniyadakı fəaliyyəti bizim ölkədə yaşayan müxalif güclər üçün təhdiddir. Ona görə də MİT-lə çalışanlar cəzalandırılmalı, agentlər ölkədən çıxarılmalı və MİT-lə iş birliyi yekunlaşdırılmalıdır”.

Qeyd edək ki, son günlər Almaniya mətbuatında MİT-lə bağlı geniş yazılar dərc olunmağa başlayıb. Mətbuat türk kəşfiyyatının ölkədə geniş agentura şəbəkəsinin olduğunu bildirib. Bu agentura şəbəkəsinin 6 min üzvü olduğu iddia edilir. (Axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru