Trampdan Çinə qarşı göstəriş: 200 milyardlıq məhsul...
15-09-2018, 08:52
ABŞ Prezidenti Donald Tramp Çindən idxal edilən 200 milyard dollarlıq məhsula yeni gömrük tariflərinin tətbiqi barədə göstəriş verib.
Axar.az "Blumberq"ə istinadən xəbər verir ki, ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin, Ticarət naziri Vilbur Ross və ticarət üzrə nümayəndə Robert Liqtizer məsələ ilə bağlı bir araya gələrək yeni həmlələri müzakirə edib.