Ermənistan paytaxtında Lavrova qarşı etiraz aksiyası keçirildi... - Putinin şəkli və “qatil” sözləri olan pankart asıldı...
Bu gün, 08:08
Xəbər verildiyi kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki günlük işgüzar səfərlə İrəvana gəlib.
Səfərdən bir müddət öncə Ermənistan paytaxtında etiraz aksiyası keçirilib və məşhur Kiyev körpüsündən Vladimir Putinin şəkli və “qatil” sözləri olan pankart asılıb.
Moderator.az xəbər verir ki, bu haqda “Armtimes” nəşri məlumat yayıb.
Daxili İşlər Nazirliyindən “ Haykakan Jamanak ”a bildirilib ki, sonradan polis pankartı yığışdırıb.