"Hər yeri tullantı suları basıb, iy-qoxudan durmaq olmur" - SAKİNLƏR BƏLƏDİYYƏDƏN NARAZILIQ EDİR VİDEO

21-05-2025, 10:08           
"Hər yeri tullantı suları basıb, iy-qoxudan durmaq olmur" -
Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, H.Cavid küçəsinin bir qrup sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər Ceyranbatan Bələdiyyəsindən narazılıqlarını bildirirlər:

“Biz, sakinlər, artıq cana doymuşuq. Bu, sizə göndərdiyimiz videodan da açıq-aydın görünür. Ərazidə hər yeri tullantı suları basıb, iy-qoxudan durmaq olmur.

Hara şikayət edirik, "büdcədə pul yoxdur" deyirlər. Abşeron Rayon İcra Hakimiyyəti də məsələyə laqeyd yanaşır.

Qeyd edək ki, hər dəfə yağış yağanda da evləri, həyət-bacanı su basır. Aidiyyəti qurumların isə yalnız cavabı bu olur ki, "vəsait yoxdur". Axı, insana belə zülm vermək olmaz. Biz sakinlər nə edək? Bataqlıqda xəstəlik tapaq?

Sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirəm ki, bizə kömək edilsin”.

Şikayətçinin redaksiyamıza göndərdiyi videonu da olduğu kimi təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru