Hindistanlı sənətçi Türkiyənin Pakistana dəstəyinə etiraz olaraq toya dəvəti rədd etdi

20-05-2025, 17:44           
Hindistanlı sənətçi Türkiyənin Pakistana dəstəyinə etiraz olaraq toya dəvəti rədd etdi
Hindistanda Pakistana verdiyi dəstəyə görə Türkiyəyə qarşı həyata keçirilən boykot kampaniyası davam edir.

Bu barədə "Ensonhaber.com" məlumat yayıb.

Bildirilir ki, kampaniyaya qoşulanlar arasında hindistanlı tanınmış müğənni Rahul Vaidya da yer alır.

O, Antalyada keçiriləcək toy mərasimində çıxış etmək təklifini rədd edib və bu qərarını belə əsaslandırıb:

"Ölkəmin əleyhinə olan bir dövlətin vətəndaşlarını əyləndirməyəcəyəm. Mənim ölkəmin mənafeyinə qarşı olan ölkəyə getməyəcəyəm".

Qeyd olunur ki, ifaçının toy mərasimində iştirakı üçün ona 2.3 milyon türk lirəsi (təxminən 100 min manat) təklif olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru