İsrail millisinin sabiq üzvü 32 yaşında vəfat etdi

21-05-2025, 09:24           
İsrail millisinin sabiq üzvü 32 yaşında vəfat etdi
Hayfa "Makkabi"sinin yarımmüdafiəçisi Qadi Kinda 32 yaşında vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə "13TV" məlumat yayıb.

Futbolçu xərçəng xəstəliyinə görə dünyasını dəyişib. O, may ayının əvvəlindən Hayfa xəstəxanasında müalicə altına alınıb, daha sonra Tel-Əvivdəki tibb mərkəzinə köçürülüb və orada vəfat edib.

Kinda karyerası ərzində təkcə "Makkabi"də deyil, həmçinin "Aşdod", "Kanzas-Siti" və Qüdsün "Beytar" klublarında da çıxış edib. Bu mövsüm o, "Makkabi" üçün 30 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

10 dəfə İsrail milli komandasının formasını geyinən Kinda 2 qola imza atıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru