"Kosmik günəbaxan"ın UNİKAL görüntüsü çəkildi

20-05-2025, 17:24           
"Kosmik günəbaxan"ın UNİKAL görüntüsü çəkildi
Kanadada yaşayan astrofotoqraf Ronald Breçer məşhur "Günəbaxan qalaktikası" (M63) adlı spiral qalaktikanın yüksək keyfiyyətli görüntüsünü əldə edib. O, bu möhtəşəm mənzərəni şəxsi rəsədxanasından 13 saatlıq çəkilişin nəticəsində lentə alıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat "Space" portalında yer alıb.

Bildirilib ki, M63 təxminən 27 milyon işıq ili uzaqlıqdadır və parlaq mavi-ağ ulduzlarla zəngindir. Qalaktikanın spiral qolları günəbaxanı xatırlatdığı üçün bu adla tanınır.

Breçer 158 müxtəlif filtr vasitəsilə çəkiliş apararaq görüntünü xüsusi proqramla emal edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru