Səlahəddin Əyyubinin kimliyi barədə...
Bu gün, 10:14

Ərdoğan və onun komandası Səlahəddin Əyyubini də kürd çıxardı. İndi buna geniş cavab verək:
1) "İnsanlığı Səlahəddindən öyrəndim" deyən İngiltərə kralı Riçardın pərəstiş etdiyi Səlahəddin Əyyubi barədə Türkiyədə çıxan rəsmi dövlət nəşri "İslam Ansiklopedisi" yazır: " İslam tarixinin böyük sərkərdəsi Səlahəddin Əyyubi türkdür - qıpçaq türkü. Azərbaycan ərazisindən (indiki Qərbi Azərbaycan) köçüblər Suriyaya və Səlahəddin Suriyada dünyaya gəlib."
(Bax: https://islamansiklopedisi.org.tr/selahaddin-i-eyyubi)
Qeyd edim ki, onun əsl adı Yusif Əyyubidi. Səlahəddin adını sonra götürüb.
2. Macar alimi Prof.Dr. Laszlo Rasonyi yazır: "Səlahəddin Əyyubi öz dövlətini Qaraxanlı və Qəznəli Türk dövlətləri ilə başlayıb Səlcuqlu Türkləri ilə daha da inkişaf еtdirilən Türk-İslam dövlət sistеminə uyğun qurmuş, Bahəddin Qaraquş, Şərafəddin Qaraquş, İzzəddin Cavlı, Şəmsəddin Qutluaba və Hüsaməddin Sunqur kimi ordu komandirlərinin hamısı və ordunun əsası Türklərdən ibarət olmuşdur. Dövlətin bayrağı və rəmzləri də Türk dövlətçilik ənənəsinə uyğun olaraq Səlcuqlu və Artuklu Türklərindəki kimi Qartal olmuşdur."
(Bax: Prof.Dr. Laszlo Rasonyi. "Tarihtе Türklük". Ankara, 1971. səh. 172).
3. Məşhur tədqiqatçı Von Lе Coq yazır: ""Misirin qədim mədəniyyəti zəminində intizamlı zəngin sənət həyatı daima idarəçiliyin ərəb valilərin əlindən Türklərə kеçdiyi zaman baş vеrmişdir".
4. İbn ül-Əsir (1160-1233) və İbn Senaül-Mülk (1155-1212) kimi yazarlar Əyyubi səltənətini "Türk Dövləti" (devlet'ül-Türk) olaraq təyin etmişlər.
5.Səlahəddin Əyyubinin böyük qardaşının adı Turanşah, digər qardaşlarının adları isə Tüğtəkin və Börüdür. Dayısının adı Şihabəddin Mahmud ibn Tüküş idi. Dövlətin qurulduğu coğrafi bölgə olan Misir və ətrafındakı əhalinin ərəbləşmiş ərəb olmasına baxmayaraq ordu və idarəçilik əsasən Türklərin əlində olmuşdu.
6.Səlahəddinin atası Nəcməddin Əyyubi Azərbaycanda Urmiya, Xoy, Zəngəzur və İrəvan boylarında, Kərkük boylarında, Naxçıvanda, Göyçədə geniş bir şəkildə yayılmış Göy börü, Qara börü, Boz börü tayfalarından, bir sözlə, Qurdlar tayfasından çıxmışdır. Hazırda da bu adları daşıyan yer, məhəllə, kənd, oba, dağ, tayfa və nəsillərə bu bölgələrdə tez-tez rast gəlinir. (bax: R. Stephen Humphreys, "From Saladin to the Mongols: The Ayyubds of Damascus, 1193–1260″, State University of New York Presss Albany, 1977)
7. Səlahəddin-i Əyyubinin anası Səlcuq Harim əmiri (valisi) Şihabeddin Mahmud ibn Tokuş əl-Hariminin bacısıdır
8.Salahəddin Eyyubinin həyat yoldaşı Aminə Xatun, Oğuz (Türkmən) nəslindən olan Üner bəyin qızıdır.
9) İbn Hellikanın “Görkəmli adamların ölüm tarixi” əsərində qeyd olunub. Əsərdə Səlahəddinin dilində deyilir:
“Biz Azərbaycandanıq. Əmim Şirkuh deyirdi ki, Ez-zib tayfasındanıq”.
Səlahəddinin həyatını qələmə almış əl- Vahrani onun Türk soylu bir sərkərdə olduğunu təsdiq edir.
Əyyubilərin bayrağı sarı rəngdə idi. Emblemi də qartal idi. Əyyubi xanədanı Türk ənənələrinə uyaraq, açıq sarı rəngi öz hakimiyyət rəngi olaraq qəbul etmişdi. Ayrıca bayrağına, bir Türk emblemi olaraq qartalı qoymuşdu.Səlahəddinin həyatda olduğu müddətdə, böyük bir Türk-İslam dövləti xüsusiyyətini göstərən Əyyubi sülaləsinin Səlahəddinin ölümündən sonra, oğulları və qardaşları arasında paylaşılmışdır.
Tarixə real sənədlərdən baxıldığı zaman, göründüyü kimi, həm Əyyubilərin kürd dövləti olmadığının, həm də nə Əyyubilərdən əvvəl, nə də sonra qurulmuş heç bir kürd dövlətinin olmadığının şahidi oluruq
Əyyubilərin Türk olmasını açıq şəkildə göstərən o dövrün şairlərindən İbn Sənaül-Mülkün yazdığı və günümüzədək gəlib çatan bir mədhiyyəsi də təsdiq еdir. Bu mədhiyyənin bir bеytinə diqqət verin :
Bi dovlət-it-Turki əzzət millətul Arab,
Va bi ibni Əyyub zəllət şiətus sulub”
Tərcüməsi:
Türk dövləti ilə ərəb milləti izzətləndi,
Əyyuboğlu əlində səlibçilər zəlil oldu.
Dr. Zaur Əliyev
TEREF