Suriya ikinci Əfqanıstan deyil bu, 70-ci illər sonunda baş verənlərdən daha təhlükəli prosesdir”.

2-10-2015, 10:33           
Suriya ikinci Əfqanıstan deyil bu, 70-ci illər sonunda baş verənlərdən daha təhlükəli prosesdir”.
Suriya müharibəsi birbaşa Ukrayna müharibəsinə gətirib çıxartdı.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Qriqori Trofimçuk öz Feysbuk səhifəsində paylaşıb. Onun sözlərinə görə, Moskva və Kiyev Ukraynanın avrointeqrasiya prosesinə cavab axtarmağa cəhd etsələr də, heç bir nəticə əldə etmədilər:

“Hər iki tərəf reallaşdırılması mümkün olan heç bir variantda ortaq fikrə gələ bilmədi. Lakin nəzəri cəhətdən bu razılaşma mövcud idi. Bundan sonra bütün hadisələr (Krım da daxil olmaqla – Q.T.) avtomatik rejimdə qopmaz zəncir şəklində inkişaf etdi. Artıq iki il sonra Rusiya Suriyadakı bombardmanlara qoşuldu. Faktiki olaraq, 30 sentyabr 2015-ci ildə Rusiya və onun xalqı üçün dünya müharibəsi başladı. Bu gün Rusiya çalışır ki, onun üçün ən təhlükəli olan ABŞ-la beynəlxalq terrorizmlə mübarizə sahəsində qarşılıqlı fəaliyyət sxeminə çıxmağa çalışır. Xatırladım ki, məhz 2001-ci il Amerikadakı terror aktlarının nəticəsində terrorizm dalğası xarici dünyada hansı hadisənin inkişafından asılı olmayaraq, Rusiya ərazisinə (Nord-Ost, Beslan və digərləri – Q.T.) keçdi. Başqa sözlə desək, ABŞ-ın radikalizmə qarşı apardığı qlobal müharibənin yeni mərhələsində Rusiyanın ona qoşulması daha ağır nəticələrə gətirib çıxaracaq və hətta onun bütövlüyü üçün problemlər yaranacaq. Suriya ikinci Əfqanıstan deyil. Bu, 70-ci illər sonunda baş verənlərdən daha təhlükəli prosesdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.