"Ruslar hesab edir ki, yalnız hava zərbələri endirməklə"...

2-10-2015, 11:48           
"Ruslar hesab edir ki, yalnız hava zərbələri endirməklə"...
Suriyadakı silahlı qruplaşmalardan biri – Nüsrə Cəbhəsi rus ordusuna qarşı mübarizə məqsədi ilə maraqlı addım atıb. Belə ki, silahlı qruplaşma tərəfdarlarının, eləcə də digər silahlı qruplaşmaların ruslara qarşı mübarizəsini sitimullaşdırmaq üçün rus əsgərlərini əsir tutan hər bir şəxsə 1 milyon Suriya funtu vəd edib.
Maraqlıdır, Nüsrə Cəbhəsinin bu addımı Suriyada rus ordusuna qarşı mübarizəyə təkan verə bilərmi? Mümkündürmü ki, insanların varlanmaq arzusu onların daha böyük riski gözə almasına, ruslarla savaşda daha böyük cəsarət sərgiləməsinə səbəb olsun? Və ən əsası, Qarabağ uğrunda mübarizə başlayavcağı və rus ordusunun ermənilərdən yana vuruşacağı təqdirdə, Azərbaycan da hərbçilərimizi ruslara qarşı mübarizəyə həvəsləndirmək məqsədi ilə eyni üsuldan istiofad edə, maddi mükafatlandırma amilini dövriyyəyə buraxa bilərmi?
Moderator.az xəbər verir ki, məsələ ilə bağlı “Hürriyyət” qəzetinə açıqlama verən politoloq Qabil Hüseynli Suriyada bu təklifin effekt verəcəyinə inandığını vurğulayıb:
“Hesab edirəm ki, bu üsul Şərq ölkələrində işləyəcək. Habelə, getdikcə rəngarəng formalar alacaq. Ruslar hesab edir ki, yalnız hava zərbələri endirməklə, hərbi hava qüvvələrinin imkanlarından istifadə etməklə özlərini sığortalayacaqlar. Lakin bu, kifayət qədər çətin məsələdir. Ruslar hərbi qruplaşmalarla yanaşı mülki insanları da bombalayıblar. Bu isə ərəb dünyasında, eləcə də Suriyanın özündə böyük hiddət yaradıb. Hesab edirəm ki, Əl-Nüsrənin irəli sürdüyü bu təklif özünə tərəfdar tapacaq. Zənnimcə bu, bəlli miqdarda vahimə də yaradacaq”.
Lakin Qarabağ məsələsinə gəlincə, ekspert bu məsələdə məlum təklifin müzakirəsini belə düzgün hesab etmədiyini qeyd edib:
“Bu üsulun Dağlıq Qarabağ məsələsində tətbiqinin müzakirə edilməsinin tərəfdarı deyiləm. Çünki proseslər hazırda bəlli bir ssenari üzrə gedir. Hesab edirəm ki, hələlik alternativ təklif irəli sürülməsinin zamanı deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.