Davudoğludan Rusiya ilə bağlı sensasiyalı – Fikirlər

2-10-2015, 12:53           
Davudoğludan Rusiya ilə bağlı sensasiyalı – Fikirlər
Rusiya Suriya rejiminə müharibənin başladığı gündən dəstək verir. Boğazlardan keçən rus gəmilərinin nə daşıdığını, hara getdiyini hər kəs bilir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Əhməd Davudoğlu jurnalistlərə müsahibəsində deyib. O, Rusiyanın Suriyada müxalifəti bombalamasının fayda gətirməyəcəyini bildirib:

“Rusiya Suriya rejiminə müharibənin başladığı gündən dəstək verir. Boğazlardan keçən rus gəmilərinin nə daşıdığını, hara getdiyini hər kəs bilir. Tartusa, Latakiyaya gedən gəmilər Suriya rejiminə dəstək üçün gedirdi. Rejimə insan amili dəstəyini İran, silahları isə Rusiya verirdi. Bunu hər kəs bilirdi. Hazırki situasiyada yeni olan rus təyyarələrinin əməliyyatlara başlaması oldu. Rusiya ilk əməliyyatlarda Azad Suriya Ordusunun mövqelərini vurdu. Bu açıq şəkildə çökməkdə olan Suriya rejiminə dəstək mənasını verir. Bəşər Əsəd iyulda döyüşməyə əsgər tapmırdı. Hava gücünü də itirməyə başlamışdılar. Bu gün Rusiyanın Suriyaya müdaxiləsi doğru deyil. İŞİD-ə qarşı mübarizə onsuz da var idi. Müxalifəti yox etmək üçün aparılan əməliyyatların fayda gətirəcəyini düşünmürəm”.

Qeyd edək ki, Rusiya sentyabrın 30-dan etibarən Suriyada hava əməliyyatlarına başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.