“Rusiyanın hava zərbələri qarışıqdır” - ABŞ Rusiya ilə kəşfiyyat məlumatları paylaşmayacaq

2-10-2015, 13:22           
“Rusiyanın hava zərbələri qarışıqdır” - ABŞ Rusiya ilə kəşfiyyat məlumatları paylaşmayacaq
Ağ Ev Rusiyanın Suriyaya endirdiyi hava zərbələrini “Suriya müxalifətinə qarşı qarışıq hərbi əməliyyatlar” adlandırıb. Bunu Ağ Evin sözçüsü Josh Earnest oktyabrın 1-də deyib.

Bu arada Rusiya Suriyada Mərkəzi Kəşfiyyat Agentliyinin təlim keçdiyi yaraqlıların düşərgəsinə zərbə endirib. Moskva isə İŞİD-i hədəfə aldığını bildirir.

ABŞ ordusu rəsmiləri rusiyalı həmkarları ilə bir saatlıq video-konfrans keçirib və onlara yalnız İŞİD-i hədəfə almağı söyləyiblər, prezident Bashar al-Assad-ın opponentlərini deyil.

Pentaqonun sözçüsü Peter Cook hərbi danışıqları “səmimi və peşəkar adlandırıb”. Pentaqon həmçinin ABŞ-ın Rusiya ilə kəşfiyyat məlumatları paylaşmayacağını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.