“Atəşgah” açıldı, axın başladı

16-05-2015, 08:21           
“Atəşgah” açıldı, axın başladı
I Avropa Oyunları ərəfəsində "Atəşgah məbədi"nə turist axını başlayıb. Axar.az-ın müxbirinin verdiyi məlumata görə, Dövlət Tarix-Memarlıq Qoruğunun yenidənqurma işləri tamamlanıb və genişmiqyaslı abadlıq işləri aparılıb. Məbədin ərazisində Qobustan kimi qədim daş rəsmilərindən ibarət muzey və suvenir dükanları fəaliyyət göstərir. Milli suvenirlərimiz əcnəbi qonaqlara təklif olunur. Onlar hədiyyə kimi həmin suvenirləri alıb aparırlar. Dünyanın hər yerindən atəşgaha qonaqlar gəlir. Onların içərisində Almaniya, Avstriya, İngiltərə, Hindistan, Yaponiya, İran, Fransa və digər ölkələrin nümayəndələri daha çox üstünlük təşkil edir. “Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna giriş pulludur. Burada böyüklər üçün biletin qiyməti 2 manat, uşaqlar üçün 20 qəpik, tələbələr üçün 1 manatdır. Bələdçi xidməti isə 5 manatdır.
teref.az bildirmək istəyir ki, bu gözəlliyi yaradan "Azimport" şirkətidir!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.