İslamı qəbul etmək, öz adını dəyişmək və 63 yaşında sünnət olunmaq

18-05-2015, 23:45           
İslamı qəbul etmək, öz adını dəyişmək və 63 yaşında sünnət olunmaq
Belə bir xoş aqibət bakılı pravoslav Gennadi Masterukun taleyinə yazılıb

Allahın yolları dərkedilməzdir – O, Gennadini islama gətirib, o da öz adını dəyişib Əbdülqəni olub və 63 yaşında sünnət olunub. Həmyerlimizi, hər halda sünnət məsələsində, 80 yasında sünnət olunmuş İbrahim Peyğəmbərlə müqayisə etmək olar. Əbdülqəni Masterukun Qafqaz Xəbər Agentliyinə dediyinə görə onun əsl adı Masteruk Gennadi Yevseyeviçdir:

“Mənin ata tərəfdən bütün qohumlarım Ukraynanın Vinnitsa vilayətinin Tıvrovskoye rayonun Dzvonixa və digər qonşu kəndlərində yaşayır. Anam rus olub, atam – ukraynailı. Dzvonixada yaşayan babamla nənəm məni üç yaşımdan xristianlıqda böyüdüblər. Atam məni 1949-cu ildə öz yanına, Bakıya gətirib. Burada 4 nömrəli məktəbi, daha sonra 9 nömrəli pəşə məktəbini bitirmişəm. İki qızımı Bakıdakı Müqəddəs Məryəm Kilsəsində xaç suyuna çəkmişəm. Lakin məqam gəldi, və mən özümə sual verdim “Mən düzcün ibadət edirəmmi?”, mənə nə isə əzab verirdi. Mən həqiqəti axtarmağa, xristianlığa dair kitablar oxumağa başladım. Mən bu kitablarda qarışıqlıqlar, uyğunsuzluqlar, ziddiyyətlər gördüm. Xristianlığa dair kitabları oxuyandan sonra mən o nəticəyə gəldim ki, bu kitablara inanmaq olmaz. Onların ilk mənbələri yox olub, və bu kitabları dəfələrlə köçürüblər! İsa Peyğəmbər bir İncil gətirib, indi isə onun bir-birinə uyğun olmayan 6 variantı var. Mən o qənaətə gəldim ki, xristianlıqda həqiqət yoxdur, onu tapa bilmirəm, gəlsənə islamla maraqlanım. 1998-ci ildə I.Kraçkovskinin Quran tərcüməsi əlimə düşdü. Sonra mənə Poroxovanın tərcüməsini veriblər. Eyni zamanda mən digər islam ədəbiyyattını, məsələn, Məhəmməd Peyğəmbərin və digər müqəddəslərin həyat hekayəsini oxudum. Mən namaz qılmağı, dua etməyi öyrəndim, 2004-cü ildə məni sünnət etdilər. O vaxt mənim 63 yaşım var idi. Mən bir az tərəddüd edirdim: bu yaşda sünnet edilməsinin fəsadları olmaz ki? Lakin Allahın izni ilə əməliyyat zamanı otaqda möminlər var idi. və onlar əməliyyat masa ətrafında dairə quraraq “Allahu Əkbər” dəyərək məni ruhlandırıblar – keçmiş xaçpərəst əməlli-baslı müsəlman olurdu! Mən möminlərin məsləhəti ilə Allaha həmdsənalarla tərifləyirdim, “Ayətəl-Kursi” duasını və Quranın son üç surəsini oxuyurdum. Təsəvvür edin ki, bu atmosfer mənə necə müsbət təsir göstərib! Mən islamı öyrənməkdə davam edirəm, zira elmi olmayan müsəlmanın imanı tədricən zəifləyir və o asanlıqla şeytanın şikarına çevrilir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.