Adil Əliyevin köməkçisi Daxili İşlər Nazirliyini məhkəməyə verir?

22-05-2015, 17:30           
Adil Əliyevin köməkçisi Daxili İşlər Nazirliyini məhkəməyə verir?
DİN-nin xüsusi tapşırıqlar üzrə inspektoru Mübariz Məmmədov xidməti fəaliyyətində problemlər üzə çıxdığı üçün DİO sıralarından xaric edilən kimi deputat Adil Əliyevin 2-ci köməkçisi təyin olunub…
Bu gün «Təzadlar»a olduqca maraqlı bir məlumat daxil olub. Redaksiyanın elektron poçtuna daxil olan məlumatda bildirilirdi ki, bu yaxınlarda DİN-nin polkovniki Mübariz Məmmədovun səlahiyyət müddəti nazir R.Usubov tərəfindən əlavə olaraq uzadılıbmış… Lakin sonradan onun barəsində daxil olan bir sıra məlumat və ya şikayətlər araşdırılarkən məlum olub ki, o, artıq DİN sıralarında əməkdaş kimi qala bilməz və nazirin müvafiq əmri ilə xidmətdən kənarlaşdırılıb.

DİN-dən çıxıb Adil Əliyevin köməkçisi oldu…

Adil Əliyevin köməkçisi Daxili İşlər Nazirliyini məhkəməyə verir?-YENİLƏNİR
Maraqlı olan budur ki, M.Məmmədov DİN-də xüsusi tapşırıqlar üzrə inspektor vəzifəsində çalışırmış. Bu isə o deməkdir ki, adı çəkilən vəzifə sahibi nazirin və ya nazirliyin ən etibarlı adamı imiş... Lakin M.Məmmədov bu vəzifədən çıxarılandan (məlumatda bunun səbəbi yazılsa da, hələki bu mövzuya toxunmuruq) dərhal sonra millət vəkili Adil Əliyevin 2-ci köməkçisi vəzifəsinə təyinat alıb. Məlum olduğu kimi, qanun deputatların bir köməkçisinin olmasına icazə verir. Amma bu dəfə maraqlı mənzərə alınır.
Ən vacibi, DİN-də hamı bilir ki, Məhərrəm Əliyevlə qardaşı Adil Əliyevin əvvəllərdən nazir R.Usubovla münasibətlərində ciddi problemlər olub… İndi məlum olur ki, nazirin, yaxud nazirliyin xüsusi tapşırıqlar üzrə inspektoru olmuş Mübariz Məmmədov Adil Əliyevin ən yaxın və etibarlı adamı imiş… Əlavə şərhə ehtiyac varmı?
Bundan əlavə, məlumatda o da qeyd edilir ki, M.Məmmədov Daxili İşlər Nazirliyini məhkəməyə verməyə hazırlaşır. Bunun nə dərəcədə dəqiq olduğunu öyrənmək üçün M.Məmmədovla əlaqə yaratmaq cəhdimiz hələki baş tutmur.
Mövzuya mütləq qayıdacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.