Azərbaycan Beynəlxalq Bankındakı problemli kreditlərlə bağlı başlayan həbs dalğası “Texnikabank”ı da vurub. Belə ki, Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, bu gün bankın “Xəzər” filialında yoxlamalara start verilib. Yoxlama səbəbi ilə bankın qapıları vətəndaşların üzünə bağlanılıb və müştərilərdən heç birinə hər hansı əməliyyat aparmağa imkan verilməyib. Bankın yalnız bazar ertəsi müştəriləri qəbul edəcəyi bildirilib. Oxuculara əlavə məlumat verməyə çalışacayıq. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.