`Kapital Bank` oğurluğa ŞƏRAİT YARADIR? - BU DA FAKT!
Dünən, 11:28

Son günlərin mövzusu: Kibercinayətkarlıq yolu ilə vətəndaşların bank hesablarının qarət olunması... Qeyd edək ki, bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyi davamlı şəkildə maarifləndirmə işi həyata keçirsə də, hər gün on minlərlə manat vəsait ayrı-ayrı vətəndaşlarımızın hesablarından oğurlanır.
Bu işdə bankların iştirak payı nə qədərdir? "DİA-AZ" bildirir ki, narazı vətəndaşlardan biri konkret olaraq müştərisi olduğu "Kapital Bank"ı ittiham edir.
O, "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında belə yazır:
"Şikayətim "Kapitalbank"dandır... Əslində onsuz da özləri bilir problemi. Sadəcə olaraq bura yazdılm ki, hər kəs məlumatlı olsun...
Əgər "Kapital Bank"dan olan kartınızdan pul oğurlansa, bilin ki, özləri şərait yaradır. 3d aktiv ola-ola kartımdan pul çəkilir.
Sorğu göndərirəm... cavab verirlər ki, pulu çəkən sayt istəsə "3d" qoruma sistyemini deaktiv edə bilər. O zaman bunun nəyi qoruma oldu ki? Əgər sayt qorumanı deaktiv edə bilirsə, bunun nəyi qoruma olur ki?"