BRİKS sammitində İran ABŞ və İsraili beynəlxalq hüququ pozmaqda ittiham edib
Bu gün, 15:58

Dünən İranın xarici işlər naziri Abbas Əraqçı Rio-de-Janeyroda keçirilən BRİKS sammitində çıxışı zamanı deyib ki, İranın nüvə obyektlərinə edilən hücumlar “Nüvə Silahlarının Yayılmaması” Müqaviləsi və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin kobud şəkildə pozulmasıdır.
“Bizim nüvə proqramımız hər zaman “dinc xarakter” daşıyıb və AEBA-nın ciddi nəzarəti altında olub”, - deyə, nazir vurğulayıb və BRİKS ölkələrinə dəstəyə görə təşəkkür edib.
Əraqçı “təqsirkarların (ABŞ və İsrail) məsuliyyətə cəlb edilməsi üçün bütün pozuntuları sənədləşdirməyə söz verib və qeyd edib ki, bu cür addımların nəticələri bütün beynəlxalq hüquq sistemini sarsıdır”. (ISNA)
Mən İranın beynəlxalq hüququ pozmalarına dair bəzi fakltarı sadalayım, bu fakltar olduğu halda iran nə üçün tez-tez beynəlxalq hüquqdan söhbət açır?
1. Ukrayna sərnişin təyyarəsinin vurulması (PS752, 2020)
İran Hava Hücumundan Müdafiə Sistemi 2020-ci ilin yanvarında Ukraynanın PS752 reysi ilə uçan Boeing 737 təyyarəsini vuraraq 176 nəfərin ölümünə səbəb oldu. Bu, mülki aviasiyanın toxunulmazlığına dair 1944-cü il Çikaqo Konvensiyasının və beynəlxalq humanitar hüququn pozulmasıdır.
2. Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və hərbi fəaliyyətlər və bir-neçə il əvvəl Azərbaycanın hava məkanını iran qırıcıları tərəfindən dəfələrlə pozulması .
İran uzun illər Ermənistanın nəzarətində olan Azərbaycan torpaqlarına qeyri-qanuni ticarət, enerji resurslarının istifadəsi və dini-mədəni ekspansiya həyata keçirməklə BMT qətnamələrinin (822, 853, 874, 884) və Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına şərait yaradıb.
3. ABŞ diplomatlarının girov götürülməsi (1979)
Tehrandakı ABŞ səfirliyinə hücum və 52 amerikalı diplomatın 444 gün girov saxlanılması, Vyana Konvensiyasının (1961) açıq şəkildə pozulması idi.
4. Hörmüz boğazında beynəlxalq ticarət gəmilərinə hücum (2019)
İran İnqilab Keşikçiləri Hörmüz boğazında bir neçə neft tankerinə hücum edərək BMT Nizamnaməsinin 2(4)-cü maddəsini və UNCLOS (Dəniz hüququ üzrə konvensiya) prinsiplərini pozdu.
5. Suriyada və Yəməndə silah embarqosunun pozulması
İran BMT qətnamələrinə zidd olaraq Husilərə və Suriyada hökumət qüvvələrinə raket və dron texnologiyası ötürüb. (Xüsusilə BMT TŞ-nin 2216 və 2231 saylı qətnamələrinin pozulması)
6. Ballistik raket və nüvə proqramı
İran BMT TŞ-nin 2231 saylı qətnaməsi qüvvədə olarkən ballistik raket sınaqlarını davam etdirib ki, bu da həmin qətnamənin “nüvə başlıqları daşıya biləcək raketlərin hazırlanmasına dair” müddəalarına ziddir.
İranın atom proqramı da MAQATE ilə imzalanmış razılaşmaya ziddir.
7. Avropada müxaliflərə qarşı sui-qəsd planları
İran təhlükəsizlik xidmətlərinin Avropa ölkələrində müxalifətçilərə qarşı sui-qəsd planlaşdırması və hücumları digər ölkələrin suverenliyinin və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. (Məsələn, Fransa – 2018-ci il MEK mitinqinə hücum planı)
8. İraq və Pakistan ərazilərinə hücumlar (2023)
İranın İraq Kürdüstanı və Pakistan ərazisindəki qruplara qarşı raket hücumları bu ölkələrin ərazi bütövlüyünə və BMT Nizamnaməsinə ziddir.
9. Rusiyaya kamikadze dronlar göndərilməsi (2022-2023)
İranın Rusiyaya "Shahed-136" tipli dronlar verməsi və bunun Ukraynada istifadəsi beynəlxalq sanksiyaları və silah embarqosunu pozur.
10. İnsan hüquqlarının sistemli pozulması
İranda qadınlara qarşı ayrı-seçkilik, etirazçılara qarşı ölüm cəzası və zorakılıq BMT-nin İnsan Hüquqları üzrə Beynəlxalq Sazişləri və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin prinsiplərini pozur.
Джавид Дамирли
TEREF