Zəngəzur dəhlizi hər kəs üçün bərabər imkanlar yaradan bir yol olacaq. - Bu dəhliz rəqabətin deyil, əməkdaşlığın simvoluna çevriləcək.
Bu gün, 11:19

ABŞ-ın Ankaradakı səfiri Tomas Barak professional diplomat olmasa da, peşəkar biznes adamıdır. Açıq mənbələrə əsasən, səfir təyin olunana qədər o, 80 milyard dollar sərmayəni idarə etmiş və bu vəsaitin böyük hissəsi Yaxın Şərq ölkələrinə məxsus olmuşdur.
Səfirin Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarına isə bir qədər daha geniş perspektivdən yanaşmaq lazımdır. Türkiyənin ən dəyərli jurnalistlərindən biri olan Yılmaz Özdilin misalı ilə desək, bir rəsm əsərinə çox yaxından baxdıqda yalnız oradakı ağacı görmək mümkündür, ancaq tablonun gözəlliyini və bütövlüyünü anlamaq üçün ona bir az da geridən baxmaq lazımdır.
Cənab səfirin Zəngəzur-la bağlı açıqlamalarına yaxın plandan baxdıqda belə görünür ki, ABŞ Azərbaycan və Ermənistana dəstək göstərməyə, yolun açılmasına töhfə verməyə çalışır. Lakin məsələni bir qədər uzaqdan nəzərdən keçirdikdə aydın olur ki, bu təkliflə ABŞ əslində Çinin “Kəmər və Yol” təşəbbüsünün yeni istiqaməti ola biləcək Zəngəzur dəhlizinə nəzarət etmək və burada bir növ “blok post” qurmaq niyyətindədir. Paralel olaraq, Rusiya və İranın da bu yol vasitəsilə çıxışlarını nəzarət altına almaq istədiyi sezilir.
Eyni zamanda, əgər dəhliz ABŞ-ın nəzarəti altında olarsa, bu, Türkiyənin Mərkəzi Asiya ölkələri ilə dərinləşən inteqrasiyasına da əngəl törədə bilər.
ABŞ-ın Anakara səfirinin açıqlamasının alt qatında sırf iqtisadi maraqlar dayanır. Əgər səfir səmimi olsa o zaman elə öz şirkətini əsas investor kimi görmək istəyinidə açıq ifadə edər.
Şəxsi fikrimcə, Azərbaycan regionda gərginliyi artıra biləcək və onun strateji tərəfdaşları olan Türkiyə və Çinin maraqlarına zidd olan heç bir addım atmayacaq. Zəngəzur dəhlizi hər kəs üçün bərabər imkanlar yaradan bir yol olacaq. Bu dəhliz rəqabətin deyil, əməkdaşlığın simvoluna çevriləcək.
Агиль Мамедов
TEREF