Sosial şəbəkələrdə dərman tövsiyə edənləri bu cəza gözləyir – VİDEO

Dünən, 16:52           
Sosial şəbəkələrdə dərman tövsiyə edənləri bu cəza gözləyir – VİDEO
Bəzi əczaçılar sosial şəbəkələr vasitəsilə vətəndaşlara dərman tövsiyəsi edirlər.

"DogruXeber.az" Xəzər TV-yə istinadən bildirir ki, xüsusilə “Tiktok” sosial şəbəkəsi vasitəsilə həm canlı yayımlar açaraq, həm də videolar paylaşaraq vətəndaşlara dərman tövsiyəsi edən əczaçı səhifələrinin sayı kifayət qədərdir. Bəs əczaçılarn xəstəni müayinə etmədən, analiz nəticələrini görmədən dərman məsləhət görməsi nə dərəcədə doğrudur?

Elə bəzi satıcıların özləri də bildirirlər ki, əczaçılar həkim deyillər. Onlar xəstəni müayinə etmədən, analiz nəticələrini görmədən dərman məsləhət görürlərsə, bu ciddi tibbi və etik qayda pozuntusudur.

Tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirir ki, hər kəsin bədəni və sağlamlıq vəziyyəti fərqlidir. Sosial şəbəkədə verilən tövsiyə onların vəziyyətinə uyğun olmaya bilər. Eyni zamanda yan təsirlərə və ya dərman qarşılıqlı təsirlərinə məruz qala bilərlər.

Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzindən isə “Xəzər Xəbər”ə bildirilib ki, sosial şəbəkələrdə fərdi şəxslərin – hətta əczaçı olsalar belə – canlı yayım vasitəsilə dərman vasitələri tövsiyə etməsi və ya reklam etməsi qanunla qadağandır və yol verilən hal deyil.

“Dərman vasitələri yalnız həkim təyinatı əsasında istifadə olunmalıdır, özbaşına qəbuldan və sosial şəbəkələr vasitəsilə əldə edilən tövsiyələrdən çəkinmək lazımdır. Əgər resptlə satılan dərmanlar bu şəkildə reklam edilirsə, o zaman həmin şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilir”, -deyə qurumdan bildirilib.

Daha ətraflı videomaterialı təqdim edirik.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru