Süd, yumurta ucuzlaşıb, mal, qoyun, quş əti bahalaşıb

9-06-2015, 11:02           
Süd, yumurta ucuzlaşıb, mal, qoyun, quş əti bahalaşıb
May ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,4 faiz, o cümlədən birillik bitkilərin və diri heyvanlar və heyvandarlıq məhsullarının müvafiq olaraq 5,4 və 0,7 faiz ucuzlaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 0,6 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri 0,8 faiz ucuzlaşıb. Birillik bitkilərdən lobya dəninin, baş kələmin, xiyarın, pomidorun, baş soğanın, quru otun istehsalçı qiyməti ucuzlaşıb, buğdanın, arpa dəninin istehsalçı qiyməti isə bahalaşıb.

Çoxillik bitkilərdən limonun, şabalıdın, fındığın istehsalçı qiyməti bahalaşıb, gül və tərəvəz şitilinin istehsalçı qiyməti isə ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından qoyun və keçilərin qırxılmış yuyulmamış yununun, südün, yumurtanın, diri qoyun və keçilərin istehsalçı qiyməti ucuzlaşıb, mal, qoyun və donuz ətinin (diri çəkidə), diri ev quşlarının, quş ətinin (diri çəkidə) istehsalçı qiyməti isə bahalaşıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.