Laçın Icra Hakimiyyəti təkzib etdi - Sənəd saxtadır

11-06-2015, 13:39           
Laçın Icra Hakimiyyəti təkzib etdi - Sənəd saxtadır
Bəzi saytlarda dərc edilmiş “Laçının icra başçısı haqqında korrupsiya faktları - Sənəd təqdim olundu...” başlıqlı yazı ilə bağlı Laçın Rayon İcra Hakimiyyətinin münasibəti


Bildiririk ki, bəzi saytlara bu barədə yazılanlar həqiqəti əks etdirmir, qərəzkar mövqedə olan şəxslərin məhsuludur. Ümumiyyətlə Laçın rayonunda Vahid Məmmədov adında Qarabağ müharibəsi veteranı yoxdur, bu ad şərti olaraq yazılmışdır. Bütün bunlar rayonda yaradılmış sağlam ab-havanı, aparılan məqsədyönlü işləri gözü götürməyən vəzifə arzusunda olan şəxslərin məkrli planlarının tərkib hissəsidir.
Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilərək müəyyən olunmuş cədvəldə yuxarı sol küncdə Rayon İcra Hakimiyyəti başçısının imzası və möhürü olduğu halda sayda yerləşdirilmiş cədvəldə imza və möhür aşağıda əks etdirilmişdir. Hansı ki, həmin cədvəlim aşağı hissəsində rayon komissiyasının üzvlərinin imzası olmalıdır. Bu isə xüsusi texniki vasitələrlə hazırlandığından Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalara ziddir və deməli hansısa maraqlı şəxs tərəfindən qərəzli şəkildə təşkil edilmiş və həmin sənəd müəyyən üsullarla saxtalaşdırılmışdır. Laçın rayonunun kənd təsərrüfatı məhsulları istehsalçılarına ayrılan subsidiyalar verilməzdən əvvəl rayon komissiyasının işçi qrupu tərəfindən yerdə yoxlanılaraq müvafiq aktlar tərtib edilir və bundan sonra faktiki əkin sahələrinə ayrılan vəsaitlər istehsalçıların plastik kartlarına yüklənilərək bu vəsaitlər onların özləri tərəfindən bankomatlar vasitəsilə alınır. Laçın rayonu üzrə bu sahədəki şəffaflıq barədə əlaqədar dövlət qurumlarında lazımi məlumatlar vardır. Belə olan halda hansı vəsait mənimsənilməsindən söhbət gedə bilər? Rayon sakinləri rayonun bütün sahələrində yaradılmış şəffaflıqdan bu gün də fəxarətlə danışırlar.
Həmin yazıda dərc olunan, heç bir fakta əsaslanmayan bütün məlumatlar ayrı-ayrılqda tamamilə yalan, böhtan və iftiradan ibarət olmaqla rayon əhalisinin hiddətinə səbəb olmuş, nifrətlə qarşılanır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.