Yol polisi bu sürücüləri də cərimələyəcək - REYDLƏR BAŞLADI

27-01-2017, 14:41           
Yol polisi bu sürücüləri də cərimələyəcək - REYDLƏR BAŞLADI
Yol polisi Bakı şəhərinin müxtəlif ərazilərində, xüsusi ilə mərkəz hissələrdə reydlər keçirir. Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib. V.Əsədov qeyd edib ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə nəqliyyat vasitələrinin dayanma-durma qaydalarını pozması, piyadaların vurulması və sərnişindaşımada nizam intizamın yaradılması məqsədi ilə Bakının bütün yol polisləri səfərbər edilib: “Xüsusi ilə mərkəzi hissələrdə çox ciddi tədbirlər görülür. Qadağan edilmiş yerlərdəki park edilmiş avtomobillər ya evakuasiya edilir, ya da yol polisi avtomobillərindəki bort-kompüterlər vasitəsi ilə həmin sürücülər barəsində elektron protokol tərtib edilir. Nə qədər sürücülər bu kimi məsələlərə etinasız yanaşacaqlar, reydlər davam etdiriləcək. Biz bir daha bütün sürücüləri nizam-intizama davət edirik”.

V.Əsədov əlavə edib ki, reydlər zamanı binaların ətrafındakı ümumi istifadə edilən yollarda, yaşayış yerinin yaxınlığından keçən yolda qaydaları pozaraq avtomobil saxlamış, yolun hərəkət hissəsini zəbt etmiş sürücülər də məsuliyyətə cəlb edilir: “Bu kimi hallar da inzibati məsuliyyət yaradır və bu gün başqasının yolunu kəsib avtomobil saxlayan sürücü düşünməlidir ki, sabah eyni vəziyyətlə özü qarşılaşacaq. Belə sürücülərdən istəyimiz həm də odur ki, öz nömrələrini yazıb avtomobilin şüşəsinin qarşısına qoysunlar çünki belə halla qarşılaşanlar vaxt itirir və səs siqnalını verməklə evdə oturanları da narahat edirlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.