Zahid Oruc:“Artur müəllim, siz bu vəzifədən nə zaman gedəcəksiniz?”

17-03-2017, 22:37           
Zahid Oruc:“Artur müəllim, siz bu vəzifədən nə zaman gedəcəksiniz?”
teref.az olkə.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Zahid Oruc deyib.

O, çıxışı zamanı icra hakimiyyətlərini ittiham edib:

“Bəziləri var ki, binalarına baxanda elə bilirsən ki, hansısa nazirlikdir. Amma bu binanın küçəyə, yola baxan hissəsi təmir olunur, üzlənir. Baxın, Azərbaycanda iki nazirliyin dəhşətli cinayətlərə imza atdığı bilindi. O zaman sual edirəm: Biz bunu niyə vaxtında demirdik? Bura parlamentdir, biz bunu deməli idik. Bəlkə də çəkinirdik ki, kiminsə xətrinə dəyər! Beynəlxalq Bank pulları taladı, biz isə bunu görmədik?”.

Zahid Oruc qeyd edib ki, Azərbaycana un, şirniyyat məmulatlarının böyük hissəsi xaricdən gətirilir.

“Amma biz elə edə bilərdik ki, ölkə bazarı özü-özünü təmin edə bilsin. Baxın, hansısa nazir işdən çıxarılır, onun yerinə kadr gələndən sonra isə məlum olur ki, həmin nazirlik qanun pozuntularına yol verib. Olmazmı ki, indidən hökumət hər şeyə nəzarət etsin?!”

Sonda isə Zahid Oruc baş nazirə müraciət edib:

Artur müəllim, mən və həmkarlarımızın hamısı sizdən dürüstlük görüb. Siz prezidentə, xalqa, dövlətə sadiqlik nümayiş etdirmisiniz. Bəs siz bu vəzifədən nə zaman gedəcəksiniz? Bunu prezident bilir. Amma növbəti baş nazir sizin xususiyyətlərinizi özündə birləşdirsə, sizin kimi səmimi olsa, yaxşı olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.