"Elçibəy yer üzündə ən müqəddəs addır, möhtəşəm ideyadır - Bütöv Azərbaycan + TURAN"

18-03-2017, 09:09           
"Elçibəy yer üzündə ən müqəddəs addır, möhtəşəm ideyadır - Bütöv Azərbaycan + TURAN"
“Bir sümük üçün hürmə yarışına girən köpəklərin sahibləri əmin olsunlar ki...”

“Vətən və millətin Məcnunu!” Bu başlıq Azerbaycanın görkəmli ictimai xadimi, Xaq Şairi Bəxtiyar Vahabzadəyə məxsusdur. Ebülfəz Elçi Bəy haqqa qovuşduqdan sonra dəyərli alim və aydın Ədalət Tahirzadenin tərtibçisi olduğu ''Savalanda görüşənədək, Bəy”' kitabı üçün yazdığı yazının başlığıdır. Nur içində yatsınlar Böyüklərimiz.
Son zamanlar Azərbaycanın Bağımsızlıq, Bütövlük, Əyilməzlik, İdarəolunmazlıq, Cəsarət, Ləyaqət simgəsi olmaqla yanaşı, Türk Dünyasının 20-ci yüzildəki ən böyük Liderləri sırasına adını yazdıran sevgili Liderimiz Əbülfəz Elçi Bəyə qarşı daş atan qarğalar peyda olub. Bunlar özbaşına peyda olmayıb. Bunları zamanında hazırlayıb konservləşdiriblər, indi qutunun ağzını açıblar, ancaq istifadə müddətləri keçib deyə axmaq bir iy verirlər”.

Bun fikirləri Moderator.az-a açıqlamasında siyasi xadim Aqil Səmədbəyli sabiq prezident mərhum Əbülfəz Elçibəy haqqında təhqir dolu fikirlər səsləndirən bəziləri haqqında danışarkən bildirib.

Aqil Səmədbəyli qeyd edib ki, əsas məsələ bu qutunun ağzının niyə məhz indi açılmağındadır:

“Birincisi, Elçi Bəy sadəcəcə bir ad deyil, Möhtəşəm Bir İdeyadır - Bütöv Azərbaycan +TURAN-dır. İkincisi, Elçi Bəy sömürgə güclərinə qarşı millətimizin içinde bir İşıqdır. Bu işığı görənler əsla sömürgəçilərə və işğalçılara boyun əymezler, bədəli nə olursa-olsun! Üçüncüsü, sömürgə güclərinin ölkəmizdəki şöbəsi olan mövcud rejim artıq siyasi-iqtisadi-mənəvi cəhətdən iflas edib. Bu rejimin sahibleri Elçi Bəy adından narahatdırlar, qorxurlar. Onlar yaxşı bilirlər ki, bu ad elə bir gücə malikdir ki, bir günün içində Elçi Bəy adının mənasını anlayanlar bir araya gələ bilərlər, bu sömürgəyə və zalımlığa son verə bilərlər, əllerindən bu yağlı tikə çıxa bilər. Dördüncüsü, ayrıca Rusiya Azərbaycanla bağlı qara niyətlərini gerçəkləşdirmək istəyir. Bunun da qarşısında ən böyük təhlükə Elçi Bəydir. Bu ideyaya inanmış və ''Söz konusu Vatansa, gerisi teferrüatdır'' deyən 10 minlərlə fədai var. Bunlar var olduğu müddətcə qaranlıq sömürgəçi və işğalçı güclər öz niyyətlərini tam olaraq gerçəkləşdirə bilməyəcəklər. Bu səbəblərdən də öz alətlərini işə salmaqla guya bu müqəddəs adı - ideyanı gözdən salmaq istəyirlər”.

A.Səmədbəyli onu da deyib ki, Elçibəy adına daş atmağa çalışanlar əsl məqsədlərinə nail ola bilməyəcəklər:

“Onlar “çalışırlar”, ancaq etdikləri tərs effekt verir. Necə ki, 1990-cı ildə Sovet işğalçı ordusu soydaşlarımızı qətl etməklə millətimizin gözünü qıracaqlarını zenn edirdilər, ancaq tam tərsi oldu. Millətimiz düşmənə qarşı tək yumruq oldu və Sovetlərin ourğa sütununu sındırdı. Eləcə də bir sümük üçün hürmə yarışına girən köpəklərin sahibləri əmin olsunlar ki, onların fəaliyyətləri tərs effekt verir. Hər keçən gün bu işığa toplananların sayı çoxalır”.

Fikrini ölməz Xalq şairimiz Bəxtiyar Vahabzadəylə başlayan Aqil Səmədbəyli sonda da B.Vahabzadənin Elçibəy haqqında səsləndirdiyi şeirdən bir bəndi yada salıb:

“Elçi Bəylə bağlı hələ çox kitablar, çox dastanlar yazılacaq. Mən qısaca olaraq münasibət bildirdim. Elçi Bəy adı yer üzündə mənim üçün ən müqəddəs addır - İdeyadır. Bu müqəddəs ad uğrunda təkbaşına qalsam belə, bütün qaranlıq güclərə qarşı mübarizəm davam edəcək. Fikrimi Bəxtiyar Vahabzadəylə başladım, ounla da bitirmək istyirəm: “Endi mələk kimi göylərdən yerə, Dünyadan namusla keçdi Elçi Bəy! O, qəbrə köçmədi sığmazdı qəbrə, Millətin qəlbinə köçdü Elçi Bəy!”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.