Avropa: Mühasirəyə alınmış qala və dünyada DİVARLAR

20-03-2017, 11:53           

ABŞ-ın Sərhəd Gömrük Xidməti fevral ayında Meksika ilə quru sərhədi keçən qeyri-leqal miqrantların sayının 40 faiz azaldığı barədə hesabat verdi. Bu miqrasiya rejiminin sərtləşdirilməsini qarşısına hədəf qoyan prezident Donald Trampın yeni administrasiyasının məqsədyönlü siyasətinin birinci ayının nəticəsidir. Meksika ilə sərhədboyu divar tikiləndə rəqəmlər daha heyrətləndirici olacaq. Amma divarların dünya trendini yalnız Amerikada yaratmırlar.
Birləşmiş Ştatların prezident Donald Tramp hələ ki Meksika ilə sərhəddə divarın tikintisi üçün çatmayan milyardları tapmağa çalışır. Dünya cəmiyyəti isə ABŞ-ın miqrasiya siyasətinə hiddətlənməyə davam edir. Xüsusilə, Boliviya martın 10-da miqrantların hüquqlarının müdafiəsi problemi üzrə Ümumdünya konfransının keçiriləcəyini elan etdi.
“Biz dünya xalqlarını universal vətəndaşlığın yaradılması və sərhədlərin aradan qaldırması üzərində işləməyə çağırırıq”, - dəvətin mətnində deyilir.


“Sərhədlərin aradan qaldırması” ilə qlobal cəmiyyətin bəzi aktyorları artıq çoxdan məşğul olmağa çalışır. Ancaq obyektiv reallıq bütün bu cəhdlərin qarşısını alır. Trampın “ABŞ-Meksika baryeri” dünyada tək nümunə deyil. Belə divarların qurulması, görünür, kütləvi xarakter almağa başlayır: dünyanın bütün regionlarında dövlətlər qonşularına görə hasarlanır.
Ayrılmış sovet respublikaları
2015-ci ildən başlayaraq Baltikyanı ölkələri Rusiya və Belarusla sərhədlərində divarların tikintisi üzrə bir çox layihə hazırladılar. Rusiya ilə sərhəddə divar tikmək qərarını Estoniya 2015-ci ildə elan edib. Divarın uzunluğu 108 kilometr təşkil edəcək. 2016-cı ildə isə analoji layihəni Latviya reallaşdırmağa qərar verdi. Rusiya-Latviya sərhədində baryerin uzunluğu 92 kilometrə çatacaq. Litva 2017-ci ildə Rusiya ilə sərhəddə divarın tikintisi üzrə planlarını açıqladı. Divar ölkə ilə Rusiyanın Kalininqrad vilayətinin sərhədində yerləşəcək və onun uzunluğu 135 kilometr təşkil edəcək.
Bundan başqa, Latviya və Litva Belarusla sərhəddə divarları tikmək barədə niyyətini ifadə etdilər.
Qeyd edilir ki, sadalanan layihələrin reallaşdırılması haqqında qərarlar Rusiya və Belarusdan qeyri-leqal miqrasiyanın məhdudlaşdırması cəhdi ilə bağlıdır. Bundan başqa, Baltikyanı ölkələrin hakimiyyətləri Rusiya və Belarusla sərhədlərdə baryerlərin yaradılması yolu ilə qaçaqmalçıların fəaliyyətini kəsəcəyinə ümid edir.
Ukrayna da Rusiya ilə sərhədboyu divar tikir. Divarin uzunluğu 2000 kilometrdən çox olmalıdır. Layihənin təşəbbüskarı, keçmiş baş nazir Arseniy Yasenyukun sözlərinə görə, divar yalnız Ukraynanın deyil, həmçinin bütün Avropanın təhlükəsizliyini təmin etməlidir.
Mühasirəyə alınmış qala - Avropa


Avropa dövlətləri qeyri-leqal miqrantların axınını dayandırmaq üçün əsasən sərhədlərdə divarlar tikir. Hələ 2012-ci ildə Yunanıstan Türkiyədən divarla ayrılıb. Yaxın Şərqdən, həmçinin Şimali Afrika və Cənubi Asiyadan qaçqınlar və qeyri-leqal miqrantların böyük axını ilə 2015-ci ildə Avropada başlanmış miqrasiya böhranı Avropa İttifaqı ölkələri üçün ciddi problem yaradıb. Bu ölkələrin bir çoxu onların qəbuluna hazır deyildi. Bu, isə Avropa ölkələrinin çoxunu divarların tikintisinə itələdi.
2015-ci ildə Macarıstan Serbiya, Rumınıya və Xorvatiya ilə sərhəddə divar tikməyə qərar verdi. Tezliklə Sloveniya Xorvatiya ilə sərhəddə maneələr sisteminin qurulması üzrə öz planlarını açıqladı. Öz növbəsində, Avstriya Sloveniya ilə sərhəddə divarın tikintisinə başlamaq haqqında qərar verdi. 2015-ci ildə Makedoniya Yunanıstanla, İspaniya isə Mərakeşlə sərhəddə baryer tikməyə başladı.
21,6 milyard dollarlıq ideya


Amerika-Meksika sərhədində 1078 kilometrlik maneələr sisteminin tikintisi hələ prezident Bill Klintonun dövründə başlanıb. Divarın çox hissəsi kiçik Corc Buşun prezidentliyi dövründə 2006-cı ildən sonra tikilmişdi. 2017-ci ilin yanvarında ABŞ prezidenti Donald Tramp Meksika və ABŞ-ın bütün quru sərhədi boyu divar tikintisi haqqında fərmanı imzaladı. Tikintisi nəzərdə tutulan divarın uzunluğu üç min kilometrdən çoxdur. Beləliklə, Tramp daha 1600 kilometr divarı tikməyi planlaşdırır. ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin bu yaxınlardakı hesablamalarına əsasən, divarın tikintisi 21,6 milyard dollara başa gələcək. Bu isə Trampın hesabladığından 20 milyard daha çoxdur.
Trampın fikrincə, divar Meksikadan qeyri-leqal miqrantların axınını dayandıracaq, bunun sayəsində ABŞ hakimiyyəti minlərlə həyatı xilas edəcək, milyonlarla iş yeri və milyardları amerikalılar üçün saxlayacaq.
Keçmiş koloniyaların hərbi maneələri


Yaxın Şərq ölkələri təhlükəsizliyə əsaslanaraq öz qonşuları ilə sərhədlərdə divarların tikintisi haqqında qərarlar qəbul edir. Terrorizm təhlükəsinin qarşısının alınması əsas səbəb kimi göstərilir. Məsələn, Türkiyənin Suriya və İraqla sərhədlərində tikdiyi divarlar terrorizm təhlükəsi ilə əlaqələndirilir. İsrail və Fələstin arasında da eyni səbəblə 2002-ci ildə baryer qurulub.
Şimali Afrikada dövlət sərhədlərində divarlar həm miqrasiyanın qarşısını almaq, həm də üsyançıların hücumlarından müdafiə üçün tikilib. Məsələn, Qərbi Saxarada və Mərakeşin cənub-şərq hissəsində tikilən “Mərakeş divarı” “Polisario” hərbi-siyasi təşkilatının (Əlcəzair və Qərbi Saxaranın müstəqilliyi uğrunda mübarizə aparır –red.) hücumlarından müdafiə məqsədi ilə tikilib.
Şərqi və Cənubu-şərqi Asiya


Asiya dövlətləri də təhlükəsizlik məsələləri ilə əlaqədar tez-tez hasarlanır. 2016-cı ildə Tailand transsərhəd cinayətkarlıqla mübarizə üçün Malayziya ilə sərhəddə baryeri tikməyə başladı. 2006-cı ildə Şimali Koreyanın nüvə sınaqlarından sonra Çin bu ölkə ilə divarın tikintisi haqqında qərar qəbul etdi.
2004-cü ildə Hindistan Cammu və Kəşmir ştatlarında Pakistanla sərhəddə 550 kilometr uzunluğunda divarın tikintisini başa çatdırdı. Bu baryer Pakistandan döyüşçülərin hücumlarından müdafiə üçün nəzərdə tutulub. Bundan başqa, Hindistan qərbdə - Banqladeşlə sərhəddə qaçaqmalçılıq, qeyri-leqal miqrasiya və terrorçuların yerdəyişməsinə qarşı mübarizə aparmaq üçün divar tikib.
Divar razılığın nəticəsidir
Beynəlxalq hüquq normalarına əsasən, dövlət sərhədlərində maneələrin tikintisi sərhədin demarkasiyası ilə qabaqcadan xəbərdar edilməlidir. Bunun üçün ortaq demarkasiya komissiyası yaradılır və komissiya sərhəd xəttinin dəqiq vəziyyətinin təsvirini hazırlayır. Bundan sonra demarkasiyanın qarşılıqlı tanınması faktını təsdiq edən sənədlərlə razılaşma qüvvəyə minir.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Avropa hüququ kafedrasının dosenti Nikolay Toporninin sözlərinə görə, əgər bu şərtlərə riayət edilibsə, hər hansı ölkə sərhədboyu maneələr sistemini tikmək hüququna malikdir.
“Dövlətlər sərhədlərdə maneələr sistemini tikmək üçün demarkasiya razılaşmasını təsdiqləməlidir. Sərhədlərin quruluşu hər dövlətin məsuliyyətidir və hər ölkə öz sərhədini lazım hesab etdiyi şəkildə təchiz etmək hüququna malikdir”, - ekspert deyib.publika.az//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.