Qum adasında neft yatağında ağır qəza baş verib- Ölən və yaralananlar var

21-03-2017, 23:58           

Qəza baş verən "Qum" adası. (google-map screenshot)
Martın 20-si Qum adasındakı “Bahar” neft yatağında qəza olduğu bildirilir.

Bu barədə AzadlıqRadiosu-na Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin həmsədri Mirvari Qəhrəmanlı məlumat verib.

Onun deməsinə görə, qəzada bir nəfər ölüb, iki nəfər isə ağır xəsarət alıb.

“Xəsarət alanlardan birinin də boyunu sınıb. Vəziyyətinin çox ağır olduğu deyilir. O yataqdakı quyulardan əvvəllər neft çıxarılıb. Sonra quyular dayanıb. İndi “Bahar Enerji Əməliyyat Şirkəti” quyuları yenidən təmir edib, işə salmaq istəyir. Söhbət 4 quyudan gedir. Həlak olan və xəsarət alanlar podratçı tikinti-quraşdırma idarəsinin işçiləri olub. Həmin yataq istismara yararsız olub...”


Mirvari Qəhrəmanlı deyir ki, qeyri iş vaxtı, Novruz bayramı günü işçiləri ağır və təhlükəli işə çıxarmaq başa düşülən deyil?

“Bu, ölkədə həmkarların olmadığını göstərir. Həmin yataq “Bahar Enerji Əməliyyat Şirkəti”nə məxsusdur. Bu şirkət SOCAR-a tabe deyil. Ancaq bu ölkədə fəaliyyət göstərir. Şirkətin nə saytı var, nə də başqa əlaqə vasitələri...”

Mirvari Qəhrəmanlı deyir ki, tez-tez neft qaz çıxarma idarələrində insan itkiləri ilə nəticələnən qəzalar baş verir. Ancaq buna rəsmilərdən heç kim məsuliyyət daşımır.


Məsələyə, hələlik, nə “Bahar Enerji Əməliyyat Şirkəti”dən, nə də Dövlət Neft Şirkətindən (SOCAR) münasibət almaq mümkün olub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da, hələlik, susur.
azadliq orq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.