Bakının mərkəzində ağacı deşib içərisinə benzin tökdülər - VİDEO

13-05-2017, 00:31           
Bakının mərkəzində ağacı deşib içərisinə benzin tökdülər - VİDEO
Paytaxtın mərkəzi küçələrindən birində adı "qırmızı kitab"a düşmüş ağac kim və ya kimlərsə tərəfindən qəsdən məhv edilir. Söhbət Səbayıl rayonu Nizami küçəsində yerləşən xan çinarından gedir. Ağacın gövdəsi deşilib, quruldulması üçün işlər görülüb.

Nadir və nəsli kəsilməkdə olan, adı "Qırmızı Kitab"a daxil edilən çinar ağacı məhv edirlər. Ağacın məhv edilməsi üçün gövdəsində deşik açıblar. Hələ bu azmış kimi həmin deşiklərə ağacın qurumasını təmin edəcək maye də töküblər.

Söhbət paytaxtın Səbayıl rayonu Nizami küçəsində, Fəvvarələr meydanında olan xan çinarından gedir. Ağac kim və ya kimlərsə tərəfndən belə qəddarcasına məhv edilir.

Ağacın gövdəsinin deşilməsi isə artıq yavaş-yavaş öz nəticəsini verməyə başlayıb. Yarpaqları solan ağac qurumağa doğru gedir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə məsələ ilə bağlı artıq araşdırmalara başlayıb. Nazirlikdən bildirilib ki, həmin ərazidə çoxillik xüsusi görkəmə malik xan çinarı məqsədli şəkildə müxtəlif üsullarla qurudulmağa çalışılır. Bu hadisəni törədənlərin cəzalandırılması istiqamətində iş aparılır.

Nazirliyin sektor müdiri Fəxrəddin İsgəndərovun sözlərinə görə, ağacın qurumaması istiqamətində də işlər görülür. Əgər ağacın quruması öz təsdiqini taparsa, bu zaman yaşıllığa dəymiş ziyana görə hadisəni törədən şəxs əlavə 2500 manat cərimə olunacaq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.