Azərbaycan əsilli professor Aygün xanım Attar Türkiyənin erməni millət vəkilini məhkəməyə verir

13-05-2017, 20:51           
Azərbaycan əsilli professor Aygün xanım Attar Türkiyənin erməni millət vəkilini məhkəməyə verir
Türkiyədə yaşayan azərbaycanlı professor Aygün Attar Türkiyə Böyük Millət Məclisində təmsil olunan erməni millət vəkili Qaro Paylanı məhkəməyə verdiyini deyib.

Aygün Attar Moderator.az-a açıqlamasında bu addımı atmağının səbəblərini belə izah edib:

“Türkiyə Böyük Millət Məclisində AKP, CHP və HDP-də özlərini rəsmən erməni kimliyi ilə elan etmiş olan bir vəkil var. Rəsmən elan etmək ifadəsini xüsusilə vurğulayıram, çünki HDP-li vəkil Qaro Paylanna görə, "Türkiyədə keçmişdə gizli ermənilər həqiqi kimliklərini gizlədirdilər".
Şəxsi müşahidələrimə görə, aramızda hələ də bunu gizlədən xeyli əhali var, amma mövzumuz bu deyil.
Qaro Paylan Böyük Millət Məclisinin bütün üzvləri kimi biz vətəndaşların ödədiyi vergilər sayəsində dövlətimizdən yüksək məbləğdə maaş alır. Həmçinin TBMM tərəfindən erməni diasporunun dəvəti ilə tez-tez xaricdə iştirak etdiyi bütün toplantılar üçün də əlavə yol xərcləri ödənir. Ancaq gəlin görün ki, bu zat o yol xərclərini son qəpiyinə qədər Türkiyənin əleyhinə fəaliyyət üçün xərcləyəcək qədər cəsarət sahibidir. Türkiyədə "hər gün soyqırım baş verir" deyərək vətəndaşı olduğu dövlətin ona təqdim etdiyi imkanlarla iştirak etdiyi bütün tədbirlərdə ölkəsinə böhtan atacaq qədər pərvaz edib. "Hədəfimiz soyqırımı qəbul etmək və soyqırım əlillərinin nəvələrindən üzr istəmək" deyəcək qədər öz ölkəsinə xəyanət içindədir. "Uğursuz çevriliş cəhdi yaşamışıq" deyərək FETÖ üçün təəssüfləndiyini ifadə edəcək qədər demokratiya düşmənidir.
Türkiyə Böyük Millət Məclisində, daxildə və xaricdə iştirak etdiyi bütün tədbirlərdə erməni diasporunun xidmətini aparan bu zat, toxunulmaz zirehini vətənə xəyanət fəaliyyətləri üçün istifadə edir, heç kəs də ondan haqq-hesab soruşmur.
Türkü və Türklüyü ucaldan, tarixdə bu millətə layiq olduğu şərəfi bəxş edən, Anafartaların müzəffər sərkərdəsi, dövlətimizin ilk prezidenti Mustafa Kamal ATATÜRKƏ dil uzatmağı hünər hesab edən, Atatürkün anasına və ailəsinə dəlilik dolu böhtanlar atan, sözdə "milli ruhu" yüksək şəxslər niyə bir dəfə də olsun Qaro Paylana tək kəlmə etmirlər? Mənsubluq hissi və etnik fikirlərdə fanatizmmi mane olur sizə?
Qaro Paylan və onun kimilər FETÖ ilə, PKK ilə, erməni diasporu ilə əməkdaşlıq içərisində Türkiyəyə, Türk Millətinin uca dəyərlərinə hücum edirlər, niyə bu ölkədə bir Allah qulunun səsi çıxmır?
Türk düşmənçiliyinin, soyqırım böhtanlarının, PKK sevgisinin, əxlaqsızlığın mübarək dinimizi istifadə edərək göstərilməyə çalışıldığını görür və tv proqramında təxribat məqsədli çıxış edənləri izləyirik və susuruq, nə üçün?
Böyük Millət Məclisinin damı altında etnik ayrı-seçkilik, vətəninə xəyanət davranışları nümayiş etdirən Qaro Paylan kimi xəyanət içindəki insanlar, alçaq bir zərbə ilə dövləti ələ keçirməyə təşəbbüs edən FETÖ həm kripto kadrları ölkəni sıxıntıya salmaq üçün fövqəladə səylə çalışır, bunlardan niyə hesab soruşmuruq?
Ermənistan Türkiyə Millət Məclisinin vəkili Qaro Paylana sözdə Erməni Soyqırımının ildönümü məsələsi ilə bağlı göstərmiş olduğu xidmətlərinə görə yüksək dövlət ordeni vermiş, buyurun cənazə namazına.
Görünür, iş yenə başa düşdü.
Bazar ertəsi Qaro Paylan üçün etnik ayrı-seçkilik və vətənə xəyanət cinayətləri ilə Ankara Məhkəməsində cinayət davası açacağam. Vəkilim Selahattin Demirtaş işini açdığımız milli davaların yenilməz müəllifi Ali Çelikkaya bəy olacaq təbii ki”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.