Balıq idxalına sərt nəzarət tətbiq ediləcək - VİDEO

15-05-2017, 09:30           
Balıq idxalına sərt nəzarət tətbiq ediləcək - VİDEO
Artıq Azərbaycanda iqlimləşdirmək üçün yeni balıq növləri idxal edilə biləcək. Ancaq bununla bərabər bir sıra tələblərdə qoyulub. Mütəxəssislər isə zəhərli balıqlara qarşı diqqətli olmağı tövsiyə edir. Əks halda zəhərli balıq növləri kütləvi zəhərlənmələrə səbəb ola bilər.

Xəzər xəbər-in məlumatına görə, Azərbaycanda yetişdirilmək üçün xaricdən yeni balıq növləri və digər su bioresurslarının idxalına icazə veriləcək. Bununla bağlı Nazirlər Kabineti "Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması Qaydaları"nı təsdiq edib.

Qaydalarda nəzərdə tutulur ki, Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi ilə ixtisaslaşdırılmış dövlət balıqartırma müəssisələri, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınan və müvafiq texniki imkanlara malik hüquqi və fiziki şəxslər məşğul ola bilər.

Qaydalara görə, iqlimləşdirmə üçün endemik, genetik modifikasiya olunmuş və toksiki növ balıq və digər su bioresurslarından istifadəyə yol verilməyəcək.

Azərbaycana belə balıqlar əsasən Çin,Viyetnam və Hindistandan gətirlir.Bunların içində genləri dəyişdirilmiş balıqlar da ola bilər. Ekspert Telman Zeynalovun bir sıra zəhərli balıq növlərinin ölkəyə idxal olunma ehtimalına qarşı diqqətli olmağı tövsiyə edir..Əks halda zəhərli balıq növləri kütləvi zəhərlənmələrə səbəb ola bilər.

İqlimləşdirilən balıq və digər su bioresurslarının su obyektlərinə daşınması zamanı istifadə edilən qablardakı su balıqçılıq su obyektləri ilə əlaqəsi olmayan yerlərə boşaldılmalıdır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.