Düşmən generalı: "Azərbaycana zərbə vurmağı planlaşdırırıq"

15-06-2017, 09:18           
Düşmən generalı: "Azərbaycana zərbə vurmağı planlaşdırırıq"
Erməni general Azərbaycanla yeni savaşın detallarını açıqladı: "Bir neçə mühüm nöqtə var ki, ora zərbə vurmağı planlaşdırırıq"

Bunu erməni general, "Komandos” ləqəbli Arkadi Ter-Tadevosyan erməni mətbuatına müsahibə zamanı deyib. Erməni generalın mətbuata verdiyi müsahibəni təqdim edirik:

– Beynəlxalq böhran qrupu hesab edir ki, Qarabağın üzərində qara buludlar toplaşır. Sizcə, müharibənin gərginləşməsi və başlaması mümkündürmü? Təmas xəttində vəziyyət necədir?

– Təmas xəttində vəziyyətin kəskinləşməsi Azərbaycanın dövlət planıdır. Onlar xalqı inandırırlar ki, müharibə olacaq. Bizə isə o lazımdır ki, dövlət möhkəmləndirək ki, Azərbaycan hücum etməyə cürət belə etməsin. Bir neçə nöqtə var ki, biz zərbə vurmağı planlaşdırırıq. Bu zərbəni də qərargah və əməliyyat qrupu bilir ki, hara və nə qədər endirmək lazımdır. Əgər, Azərbaycan zərbə vurmağa çalışsa, o zaman yalnız Ermənistanın mülki əhalisi zərər çəkəcək. Çünki bizdə belə starteji obyektlər yoxdur. Yox əgər biz zərbə endirəcəyiksə, o zaman Azərbaycandan heç bir əsər əlamət qalmayacaq. Təkcə Bakı ətrafında olan neft obyektlərinin məhv edilməsi, Azərbaycana ağır zərbə olar. Ona görə də Azərbaycan hücum etməyə cürət etməz. Amma sərhəddə vəziyyəti gərgin olaraq saxlayacaqlar.

– Minsk qrupunun həmsədrləri Ermənistana və "Qarabağa” səfər ediblər. Siz indiki səfərdən nə gözləyirsiniz?

– Onlar eskalasiyanı tarazlamağı hədəfləyirlər. Günahı heç bir tərəfin üstünə atmırlar. Hamı bilir ki, sərhəddə baş verən hadisələrin 90%-nin müəllifi Azərbaycandır. Amma buna baxmayaraq onların bəyanatları həmişə bərabər sayda olur. Onlar istəyirlər ki, Azərbaycan və Ermənistan özləri çıxış yolu tapsınlar. Onlar isə yalnız kömək etsinlər. Amma Ermənistan Azərbaycanı nizamlanma planına əsasən razılığa gətirə bilmir. Çünki Azərbaycan İrəvanı ələ keçirəcəyini bəyan edir. Bundan başqa, Azərbaycan Minsk qrupu qarşısında heç bir məsuliyyət hiss etmir və beynəlxalq normaları pozaraq təmas xəttində atəş açmağa davam edir. Gördüyünüz kimi, onlar Azərbaycana təsir edə bilmirlər. Hələlik neft gəlirləri hesabına Bakı özünü həyasızcasına aparır. Bizim oliqarxlar kimi. Hansılar ki, 140 min dollarlıq maşın sürürlər.

– Parlamentin ilk iclasında Serj Sarkisyan bəyan edib ki, masada, faktiki olaraq, yalnız Kazan sənədidir. Bu sənəd sizin üçün məqbuldur? Biz torpağı verməyə hazırıq?

– Mən torpaqların qaytarılması haqqında söhbət eşitməmişəm. Amma bu haqda şayiələr gəzir. Hamı, eləcə də Minsk qrupu da bunu istəyir ki, biz güzəştə gedək. Siz başa düşürsünüz ki, hansısa rayonunun güzəştindən sonra, biz "Qarabağ”ı daha sonra Ermənistanı güzəştə getmək məcburiyyətində qalacayıq. Mən başa düşmürəm, niyə öz sərhədlərimizi düşmənə verməliyik? Lavrov da bu haqda danışıb, amma mən bu haqda danışıqları anlamıram. Biz sərhəddi necə verə bilərik. Hansı ki, bu günə qədər müharibə zamanı həmin sərhəd bizim üçün müdafiə rolu oynayıb. Bircə qarış torpaq verilən kimi, domino effekti başlanacaq.

– Belə olan halda sülhə nail olmaq olarmı?

– Konkret adamlar var, hansılar ki, vəziyyəti bugünkü nöqtəyə qədər çatdırdılar. İndi də hərisi bir tərəfə çəkilib, tənqid edirlər. Biz axı sənədlər qəbul edirik. Dörd sənəddən cəmi ikisi Ermənistandandır. Onlardan soruşun, Qarabağda da 1991-ci ildə Bakıya sülh üçün gəlmiş qrup var. İşin necə bu vəziyyətə gəlib çatdığını, onlardan soruşun. Qəribə millətik – satqınları tanıyırıq, amma onlara təriflər yazırıq. Bu hərbçilərin işi deyil./A24.az/













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.